Hərəkət olmayan yola qadağanedici nişan qoyuldu (VİDEO)

Hərəkət olmayan yola qadağanedici nişan qoyuldu (VİDEO)
 Bərdə rayonu Heydər Əliyev prospektində hərəkət olmayan yolda dayanma-durmanı qadağan edən yol nişanı qoyulub.

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər bildirir ki, bir neçə ildir Rayon İcra Hakimiyyətinin qarşısından keçən yolda hərəkət yoxdur. Həmçinin, küçənin girişində və sonunda dayanma və durmanı qadağan edən nişan qoyulub. Burada avtomobil saxlayan sürücülər yol polisi tərəfindən cərimələnir.

Sakinlər bildirir ki, qadağanedici nişanlar əsasən avtomobillərin gediş-gəlişinə maneə yaranan ərazilərdə quraşdırılır. Heç bir hərəkət olmayan küçədə belə bir yol nişanının qoyulmasını doğru hesab etmirlər. Sakinlərin sözlərinə görə, ətrafda yaşayanlar avtomobili saxlamağa yer tapmır.

Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisi Bölməsindən bildirildi ki, sözügedən ərazidə həmin yol nişanı bir necə ildir ki, quraşdırılıb. Lakin nişanlarla bağlı bütün səlahiyyət "Siqnal" İdarəsinə məxsusdur. Rayon Siqnal İdarəsindən isə bildirdilər ki, şəhərdaxili bütün küçə və prospektlərə yol nişanlarının yerləşdirilməsi İcra Hakimiyyətinin məktubu və icazəsi əsasında həyata keçirilir.




OXŞAR XƏBƏRLƏR

Sabah “ASAN xidmət” işləməyəcək

9 May – Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.   ...

Ceyhun Bayramov Bin Nunla görüşdü

8 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza...

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarə...