\"Həmin gün axşama kimi birlikdə olmuşuq\" - Şöbə müdirinin intiharı ilə bağlı Nərimanov RİH-dən açıqlama

\
Məlum olduğu kimi, Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.
 
Hadisə mərhumun ad günündə baş verib. Belə ki, E.Əlizadə yaxınları ilə doğum gününü qeyd etdikdən sonra, naməlum səbəblərdən yaşadığı evdə özünü asaraq intihar edib.

İlkin məlumata görə, E.Əlizadənin intihar etməsinin səbəbi bilinmir. Mərhum dünən Yasamal qəbirstanlığında dəfn edilib.

Nərimanov rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri İlkin Əsədov Sfera.az-a açıqlamasında bildirib ki, baş vermiş faciəvi olayın Elmir Əlizadənin xidməti işi ilə heç bir əlaqəsi yoxdur: "Əlizadə Elmar Şamil oğlu bizim nümunəvi əməkdaşımız olub. İntiharın baş verdiyi gün axşama kimi onunla birlikdə olmuşam. Həmin gün Elmar Əlizadənin doğum günü idi, evə gedib və bildiyimiz kimi elə evində də özünü asıb. İntiharın səbəbinə gəlincə, bu onun şəxsi həyatı ilə bağlıdır, bildiyimizə görə ailəsində hansısa problemlər vardı". 
 
Selcan
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...