Həbs edilən məşhur falçı ruhu belə çıxardı – VİDEO

Həbs edilən məşhur falçı ruhu belə çıxardı – VİDEO
Sfera.az bildirir ki, Bakıda həbs edilən məşhur falçı haqda xəbər var.  
 
 
Axar.az-ın məlumatına görə, ilanla fala baxan Tamilla Salamovanın müsahibələri telekanallarda, mətbuatda tez-tez yayımlanıbmış.  
 
O, müsahibələrinin birində deyib ki, babası ilanlarla çox oynayıb: “Yəqin, ondan gəlir... Amma ailəm qorxur ilandan, evdə saxlamağa qoymurlar. And içmişəm ki, evə ilan gətirməyəcəyəm. Mən özüm də ilan cildinə girirəm. Siz həmin vaxtı məni görsəniz, tam başqa cür oluram...  
 
 
İlan cildinə girəndə gözlərimin rəngi dəyişir, müxtəlif rənglərə çevrilir. Həmin anda başağrısı gəlir mənə, elə olur hətta sıxılıram, evdəkiləri görmək istəmirəm, heç kimi tanımıram. Doğma anamı belə görmək istəmirəm. İlan cildinə girəndə ilanın qoxusu çox pis gəlir mənə”.   
 
Qeyd edək ki, paytaxt sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən T.Salamova tutulub.  
 
 Ekstrasensin insanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb. T.Salamovanın efirdə ruh çıxarması kadrlarını təqdim edirik: 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Azərbaycanın enerji sektorunda, xüsusilə külək, günəş enerjisi sahəsində 2030-cu ilə qədər faiz göstəricisini artıracağı çox gözəl xəbərdir.   Sfera....

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...