"Hafiz Hacıyev tula payını ala bilmir" - Ziya Məmmədovun qardaşı partiya sədrini "topa tutdu"

Milli Məclisin sabiq deputatı, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qardaşı oğlu Anar Məmmədovun haqqında söylədiyi ittihamlara cavab verib. 

Elton Məmmədov Sfera.az-a açıqlamasında Hafiz Hacıyevi simasını itirmiş adam adlandırıb:

"Bəzən Hafiz Hacıyevi siyasətçi adlandırırlar. Ancaq o siyasətçi deyil. O, siyasi arenanın təlxəyidir. Mədəniyyət sahəsində ondan yaxşı kloun olar. Ayın 16-sından 26-sınadək Bakı sirkində yaxşı tamaşa gedəcək. Yaxşı olardı ki, Hafiz Hacıyev də sirkə gedib maskalansın. Heç onun maskalanmasına belə ehtiyac görmürəm. Çünki onun siması yoxdur. Gedib sirkə təlxəylik, klounluq etsin. Sadəcə olaraq Hafiz Hacıyev aldığı tula payını indi verən adamlardan ala bilmir. Ona görə də məcbur qalıb vətənpərvər və prezidentə sadiq olan insanlara qara yaxmağa çalışır. Hafiz Hacıyev barmağı ilə göstərsin ki, o, bu dövlət üçün hansı işləri görüb. Görülən işlərə ləkə salmaq Hafiz Hacıyevin vərdişidir. Ümumiyyətlə, mən Hafiz Hacıyevin namizədliyini qeydə aldığı üçün Mərkəzi Seçki Komissiyasını qınayıram. Hafiz Hacıyev Azərbaycan xalqı üçün təhqirdir. Şəxsən mən bir vətəndaş olaraq onu prezidentliyə namizədlər arasında görmək istəmirəm. Çünki Hafiz simasız və şəxsiyyətsiz adamdır. O, öz mənafeyi üçün dövlət idarəçiliyində və hökumətdə çalışan istənilən adama ləkə yaxmağa çalışar. Hafiz Hacıyev tula payını ala bilmədiyi üçün hürməyə başlayır. O, tez-tez cənab prezident haqqında "mənim qardaşım" deyə fikirlər səsləndirir. Halbuki, onun cənab prezident haqqında bu fikirləri söyləməsinə nə hüquqi, nə də mənəvi haqqı yoxdur. Bununla belə, əgər Hafiz Hacıyevdə zərrə qədər vicdan və qeyrət varsa, ən azı onun "mənim qardaşım" dediyi adamın ətrafında olan və dövlətə xidmət edən şəxslərə ləkə atmamalıdır. Hafiz Hacıyev kimə gəldi "satqın" deyir, ancaq ən böyük satqın onun özüdür. O, Azərbaycan dövlətini satan adamdır. Vaxtilə dövlət vəzifəsində işlədiyi dövrlərdə də Hafiz Hacıyev rüşvətə bulaşmış adamdır. İndi də həmin rüşvətlərin və yalaq itlər kimi aldığı payların hesabına dolanır. Mən Hafiz Hacıyevə səslənərək deyirəm ki, bu cür təxribatçı çıxışlarla insanları qızışdırma, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyi pozmağa çalışma! Azərbaycanda cənab prezidentin yürütdüyü uğurlu siyasət nəticəsində ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişafa doğru addımlar atılır. Ölkə rəhbəri də bu istiqamətdə uğurlu siyasətini davam etdirir".

Keçmiş deputat deyib ki, Anar Məmmədov ölkə rəhbərinin yürütdüyü Azərbaycanın uğurlu dövlət gənclər siyasətinə qoşulan və öndə gedən fəal gənclərdən biridir:

"Anar Məmmədov bu gün də həmin gənclərdən biridir. O, prezidentinə, siyasi əqidəsinə, dövlətinə və xalqına daim sadiq olan və onları sevən gəncdir. Zamanında da Anar Məmmədov Azərbaycan prezidentinin apardığı uğurlu siyasətə xidmət edərək, Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti çox hörmətli Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində  ABŞ-da və dünyanın digər yerlərində faydalı işlər görüb. O, ABŞ konqresmenlərinin azərbaycana gətirilməsində və dünyada ölkəmizə qarşı olan ikilistandartların həmin şəxslərə nümayiş etdirilməsində də böyük rol oynayıb".

Elton Məmmədov Məmmədovlar ailəsinin sonadək prezident İlham Əliyevin yürütdüyü siyasətə sadiq qalacağını söyləyib:

"Azərbaycana qarşı qarayaxma kampaniyası hər zaman olub və indi də davam edir. Azərbaycan əleyhinə çirkin kampaniyalar aparan şəxslər öhdəlik götürdükləri dairələrin tapşırıqlarını yerinə yetirirlər. Ancaq onlar heç nəyə nail ola bilməyəcək. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bütün sahələrdə rahatçılıq mövcuddur. Dövlət büdcəsinin imkanları daxilində Azərbaycanda əmək haqqlarının, pensiyaların və digər maaşların artırılması ölkə başçısının daim diqqətindədir. İnsanlarımız ölkə rəhbərinin ətrafında sıx birləşiblər. Ona görə də insanlarımızın sosial rifahı Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin özəyini təşkil edir. 

Cənab prezidentin böyük nüfuzu, gördüyü işlər, bölgələrə etdiyi səfərlər və Azərbaycanın beynəlxalq dünyaya inteqrasiyası bir daha göstərir ki, cənab İlham Əliyev böyük şəxsiyyətdir. Ona görə də qarşıdan gələn prezident seçkilərində də xalqımız cənab İlham Əliyevə səs verəcək və Azərbaycan daha çox inkişaf edəcək. Mən cənab prezidentə uğurlar arzu edirəm. Biz Məmmədovlar da daim cənab prezidentin ətrafındayıq".

Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda aprel ayının 11-də keçiriləcək prezident seçkiləri öncəsi Avropa və ABŞ-da yaşayan və özlərini "siyasi mühacir" sayan həmyerlilərimizin təşkil etdiyi aksiyaların eks nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən maliyyələşdiyini iddia edib.

Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Ölkənin birinci bankı Kapital Bank avtomobil sahibi olmaq istəyən müştərilərinə sərfəli fürsət təqdim edir.   Sfera.az xəbər verir ki, rəsmi gəliri o...

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Fransa Prezidenti Emmanuel Makronun fikirləri yenidən gündəm olub. O, fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini i...

F-16 qırıcısı QƏZAYA UĞRADI

Sinqapurda F-16 qırıcısı qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Sinqapur Müdafiə Nazirliyi məlumat yayıb.   Məlumatda bildir...

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın məlumat...

İlham Əliyev dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir

Tolerantlığın tez-tez gündəmə gəlməsinin bir sıra səbəbləri mövcuddur. Bunlara dini qarşıdurmalar, dünyada geniş yayılan sosial gərginlikləri misal çəkə bilərik...

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Türkiyənin paytaxtı Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir.   Sfera.az x...