Gürcüstanda 7 azərbaycanlı saxlanıldı

Gürcüstanda 7 azərbaycanlı saxlanıldı

Gürcüstan polisi Marneulidə müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Əhməd İmamquliyevin 7 tərəfdaşını saxlayıb.

Sfera.az teleqraf.com-a istinadən xəbər verir ki, onlar seçki günü Marneulinin Qızılhacılı kəndində 48 saylı seçki məntəqəsində baş vermiş insidentdə təqsirli bilinir.

Gürcüstan DİN-nin məlumatına görə, Vahid Milli Hərəkat və "Paata Burçuladze-Xalq üçün Dövlət" blokunun tərəfdaşları seçki qutusunu qaçırmağa cəhd ediblər.

Vahid Milli Hərəkatın namizədi Əhməd İmamquliyev "Rustavi 2" telekanalına verdiyi açıqlamada bildirib ki, saxlanılanların hazırda harada olmaları barədə onlara məlumat verilmir: "Hökumət bu hərəkəti ilə yerli əhalini qorxutmaq istəyir. Bizim dairədə yaşayan insanlar hakim partiyanın namizədinə səs verməyiblər".

Qeyd edək ki, oktyabrın 8-də polis və partiya tərəfdarları ilə baş vermiş qarşıdurmada 5 polis əməkdaşı yaralanıb. Gürcüstan Mərkəzi Seçki Komissiyası həmin dairədə seçkinin nəticələrini ləğv edib.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...