Gürcüstana 40 kq qızıl-gümüş keçirməyə çalışan azərbaycanlı saxlanıldı

Gürcüstana 40 kq qızıl-gümüş keçirməyə çalışan azərbaycanlı saxlanıldı
Gürcüstana 40 kiloqram çəkidə qızıl və zinət əşyalarını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

Sfera.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin sədr müavini Vaja Navrozaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, Azərbaycan vətəndaşı 36 kiloqram qızıl və 4 kiloqram çəkidə gümüş əşyaları Türkiyədən gətirib və "Sarpi” gömrük-keçid məntəqəsindən Gürcüstan ərazisinə keçirməyə cəhd edib. "Mercedes Benz” markalı avtobusun gizli yerində aşkarlanmış zinət əşyalarının ümumi dəyəri 2 milyon laridən çoxdur (821 202 dollar).

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.


OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...