‘Gilan Holdinq’ ‘AFB Bank’ın səhmlərini bu şəxsə satıb – İnvestorun adı açıqlanıb

‘Gilan Holdinq’ ‘AFB Bank’ın səhmlərini bu şəxsə satıb – İnvestorun adı açıqlanıb
Yaxın vaxtlara qədər "AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən "Gilan” MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb.

Sfera.az bildirir ki, Bu barədə Report Agentliyi maliyyə bazarındakı mənbəyə istinadən xəbər verir.

Məlumata görə, alqı-satqı bu il fevralın 7-də baş tutub.

H.İsmayılov həm də "AFB Bank”la birlikdə "Gilan Holdinq” MMC-yə daxil olan "Azsığorta” ASC-nin 100%-lik səhmdarı, eləcə də "Bank of Baku” ASC-nin 31,1%-lik səhmdarıdır. 

Bildirək ki, ötən gün yayılan məlumata görə, Gilan Holdinqin bankdakı səhmlərinin 99.8%-ni satıb və bank yaxın zamanlarda rebrendinq edəcək.

OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...