Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirildi - Bakıda

Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirildi - Bakıda

Nizami Kino Mərkəzində "British Council Azərbaycan”ın təşkilatçılığı ilə Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirilib.

 

Sfera.az xəbər verir ki, "British Council”in Azərbaycan üzrə direktoru Elizabet Vayt layihə haqqında məlum verərək bildirib ki, təmsil etdiyi qurum 2015-ci ilin aprel ayından etibarən Avropa Birliyinin Mədəniyyət və Yaradıcılıq proqramını həyata keçirir.

 

"Proqram çərçivəsində "British Council” Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirir. Film Komissiyasının yaradılmasına dair müvafiq icmalın işlənib hazırlanması Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşiyə həvalə edilib. Azərbaycanda təqdim ediləcək yeni konsepsiyalar arasında Film Komissiyası modelinin yaradılması da olacaq. Azərbaycan Film Komissiyası ilə əlaqədar qısa analitik icmal gələcək illərdə fəaliyyət göstərəcək Film Komissiyasının planlaşdırılması və yaradılması üçün mühüm töhfə olacaq”,- deyə o vurğulayıb.
 
Mədəniyyət və Turizm Nazirliyinin qanunvericilik işçi qrupunun üzvü, ekspert Fikrin Bəktaşi isə qeyd edib ki, film komissiyasının məqsədlərindən biri ölkəni təbliğ etməkdir:

 

"Film Komissiyaları festivallarda ölkəni təmsil edir, kino infrastrukturu haqqında tam olaraq məlumat yayımını təmin edir. Eyni zamanda xarici film istehsalçıları ilə əlaqə qurur, onları əməkdaşlığa cəlb edir”.
   

C. Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Film Komissiyası modelinin tətbiqinin müsbət tərəfləri haqqında danışıb. Onun sözlərinə görə, komissiyanın yaranmasında əsas məqsədlərindən biri də yerlərdə yaradıcılıq və kino sənayesinin mobil şəkildə fəaliyyət göstərməsinə zəmin yaratmaqdır:

 

"Biz artıq bir neçə il əvvəl bu layihəni hazırlayıb Milli Məclisə təqdim etmişik. Eyni zamanda əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan kinoindustriyasının dünya kinoindustrasiyasının tələblərinə cavab verməsidir”.

 

Çinarə Məmmədova

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şoltsla təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Az...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...