Fədayə Laçın sənət dostlarından DANIŞDI: “Kaş kimsəsiz insan olaydım” - VİDEO - FOTO

Fədayə Laçın sənət dostlarından DANIŞDI: “Kaş kimsəsiz insan olaydım” - VİDEO - FOTO

Həbsxanadan çıxdıqdan sonra müğənni Fədayə Laçın ilk dəfə sənət yoldaşları ilə birgə yığıncaq keçirib.

Sfera.az bildirir ki, sənətçi ARB TV-nin "Show News" verilişinə müsahibə verərək təəssüratlarını bölüşüb:

"Həbs olunarkən ilk anamı, bacılarımı və oğlumu düşündüm. O an bir şey keçdi ürəyimdəm. Dedim ki, kaş uşaq evində böyüyən kimsəsiz insan olaydım. Oğluma görə nigaran idim. Anam və bacılarım sağ olsunlar ki, övladımı tək qoymadılar. Peşmanlıq hissi keçirdim. Düşünməyə zamanım oldu. Səhvlərimdən nəticə çıxarmağa vaxtım oldu. Özünüz də görəcəksiniz. Bir daha belə addım atmayacağam.

Həbsdə olduğum müddətdə ən çox oxumaq istəyirdim. Fikirləşirdim ki, çıxsaydım, oxuyardım. Ağlıma gəlməzdi ki, bu hadisə mənim başıma gələr. Heç kim belə şeylərdən sığortalanmayıb. Tacir Şahmalıoğlu mənə dəstək olmadı. Kimsədən kömək ummurdum da. Dəstək olmaq istəyənlər özləri bunu etdi. Həbs xəbərimi eşidəndə ilk dəstək Manaf Ağayev və Nadir Qafarzadə gəlib. İlk gündən azadlığa çıxdığım günə qədər ailəmə dəstək olub. Manaf dar günün dostudur".(milli.az)


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...