Evimizi koronavirusdan necə qoruyaq? - QAYDALAR

Evimizi koronavirusdan necə qoruyaq? -  QAYDALAR
 
Koronavirus səbəbindən küçələrdə, ictimai nəqliyyatda, ictimai məkanlarda və iş yerlərində ciddi tədbirlər görülür. Lakin görülən tədbirlər bunlarla məhdudlaşmalı deyil. Bəs evimizi koronavirusdan necə qoruya bilərik?

Türkiyəli həkim-fitoterapevt Buğra Buyrukçu evi dezinfeksiya etməyin qaydalarını izah edib:

"Evə gələn kimi ayaqqabıları çıxarmaq və geyimi dəyişmək lazımdır. Paltarı bir dəfə geyinməliyik və onu dəyişən kimi yumalıyıq. Xüsusilə pambıq paltarları çox yüksək temperaturda - 90 dərəcədə yumaq lazımdır.

Paltarları yumadan əvvəl yuyucu məhlul əlavə edilmiş suda saxlamaq zəruridir. Evə girməzdən öncə ictimai nəqliyyatdan istifadə etmisinizsə, izdihamlı mühitdə olmusunuzsa, paltarları suda saxlayın. Yüksək temperaturda yuyula bilməyən geyimi əllə yuyub qurutduqdan sonra mütləq ütüləyin. Ən azı 10 dəqiqə nəmin qurumasını gözləyin.

Azyaşlı və xəstə uşaqların otaqlarını havalandırın. Evin hər küncünə lavanda və palmaroza yağı səpin. Bu qarışıq virusları öldürməkdə çox təsirlidir. Bundan əlavə, hər gün döşəməni silin. Təmizlik zamanı aşağı qoxulu və yüksək spirtli odekolondan istifadə edin. Çarpayı da yoluxma baxımından risklidir. Məsələn, gecə tərləyirik. Virus həmin tərli yastığa yoluxa bilər. Odur ki, yataq dəstlərini tez-tez dəyişin.

Hər kəsin əl dəsmalı ayrı olmalı və hər üç gündən bir dəyişdirilməlidir. Mümkünsə, dəsmalları qaynadın. Evə girməzdən əvvəl istifadə etdiyiniz əlcək və maskaları zibil qabına atın".(publika.az)

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...