\"Ərəb Baharı\"nın başladığı ölkə: Tunis - Araşdırma

\
Ərəb Baharının başladığı ölkə olaraq daha çox tanınan Tunis bu gün də regionun qaynar bölgələrindən hesab olunur.   Biz də bu dəfəki araşdırma yazımızda Tunisin tarixi, iqtisadiyyatı, dili, dini, irqi və "Ərəb baharı” ilə bağlı məlumatları diqqətinizə çatdırmağa çalışacağıq.  
 
Tarixi  
 
Tunis bölgə olaraq Afrika qitəsində yerləşir. Bir vaxtlar bu bölgədə bərbərilər tayfası yaşayıb. Onlar sahilboyu şəhərlər tikərək bölgədə yaşayan insanların sayının artmasına səbəb olmuşdular. Buraya müxtəlif ölkələrdən də səyahətçilər və ticarətçilər gəlirdilər.   Bizim eramızdan əvvəl 10-cu əsrdə Tunis sahillərində məskunlaşmağa başlamış səyahətçilərin çoxu finikiyalılar idi.   Bölgədə daha sonra Roma İmperiyasının, Bizans İmperiyasının, Ərəb Xilafətinin və Osmanlı dövlətinin hakimiyyəti baş tutdu. Osmanlı İmperiyası dağıldıqdan sonra bölgəyə fransalılar nəzarət etməyə başladılar.   1930-cu ildə Həbib Burqiba liderliyində müstəqillik yolunda üsyan başladıldı. İkinci dünya müharibə dövründə Tunis müharibə meydanına çevrildi.   1956-cı ildə Fransa vassallığından müstəqilliyini elan edən Tunisdə 1957-ci və 1969-cu illərdə baş nazirlik vəzifəsi ləğv edildi. Lakin ölkənin Prezidenti Həbib Burqiba oldu. Həbib Burqiba 1987-ci ildə səhətindəki problemləri əsas gətirərək vəzifəsindən istefa verdi.   (Tunisin müstəqillik qazanmasına liderlik edən şəxs, sabiq Prezident Həbib Burqiba)   Bundan sonra ölkənin Prezidenti hərbçi olan general Zeynal Abidin ibn Əli oldu.   1994-cü ildə ölkədə keçirilən seçkilər ilə Zeynal Abidin ibn Əli və partiyası həm parlament seçkilərini, həm də Prezident seçkilərini qazandı.  
 
Lakin illərlə xalqı diktatura zülmü altında saxlayan Zeynal Abidin ibn Əli bir müddət sonra devrildi.   Belə ki, 2010-cu ilin dekabr ayında Tunisdə Məhəmməd Bouəzizi adlı gənc sosial problemlər və onun səyyar meyvə-tərəvəz satmasına tunis polisinin dəfələrlə sərt təzyiqlərinə etiraz olaraq özünü yandırdı. Ətrafdakılar Boazizi söndürməklə yanaşı kameraya çəkib sosial şəbəkələrdə də paylaşdılar. Video sosial şəbəkələrdə sürətlə yayıldı və kütləvi etirazlara start verildi. Günün sonuna doğru ölkənin bəzi yerlərində artıq insanlar küşələrə axışmağa başlamışdı. Növbəti gün isə məhəllə aksiyaları kütləvi xalq aksiyalarına çevrildi.    
 
   Aksiyaların tələbi iqtisadi böhran və işsizlik idi. Dünya mətbuatı baş verən aksiyaları "Ərəb Baharı” adlandırdı.  
 
 Nümayişlər 2011-ci ilin yanvar ayına qədər davam etdi və nəticədə Prezident Zeynal Abidin ibn Əli ölkəni tərk etmək məcburiyyətində qaldı.   Daha sonra Zeynal Abidin ibn Əlinin Səudiyyə Ərəbistanına sığındığı təsdiqləndi.   (Tunisdə keçirilən aksiyalardan daha bir görüntü)   Buna baxmayaraq Zeynal Abidin ibn Əlinin bəzi qohumları həbs olundular.   Həbs olunanlar vəzifə səlahiyyətlərini aşmaqda, rüşvətdə, korrupsiyada və başqa cinayətlərdə ittiham olundular.   Bundan sonra Tunis Ərəb ölkələrində çox partiyalı demokratiyaya keçən ilk ölkə oldu.   (Tunis parlamenti)   23 oktyabr 2011-ci il tarixində seçkiləri "Nəhda” hərəkatının qazanması idarəçiliyin hansı rejim formasında olacağı müzakirələrini başlatdı. Tunis xalqı yenidən küçələrə axışdı və aksiyalara başladı.   Ərəb ölkələrində nisbətən daha savadlı, elit və mədəniyyət sahibi olan Tunisdə "Nəhda” hərəkatı iqtidarı tam şəkildə əldə saxlaya bilmədi.   Bundan əlavə "Nəhda” hərəkatı şəriət hökmlərini Konstitusiyaya salmaq istədikdə müqavimət ilə qarşılaşdı. Baş verənlərə reaksiyalar, ard-arda baş verən sui-qəsdlər "Nəhda” hərəkatının addım-addım iqtidardan uzaqlaşmasına səbəb oldu.   2013-cü ilin fevral ayında ölkənin sosialist lideri Şükri Bəlayinin öldürülməsindəns onra hökumət istefata getdi və "Nəhda” baş nazirliyin özündə qalması şərti ilə texnokrat hökumətin qurulmasına razı oldu.   2013-cü ilin iyul ayında yenə müxalif lider olan Məhəmməd Brahminin öldürülməsi bu hökumətin də istefası ilə nəticələndi.   Ardınca "Nəhda” hərəkatı hökumət rəhbərliyini texnokratlara təhvil vermək məcburiyyətində qaldı. Yenidən ölkədə seçkilərə start verildi. 2014-cü ilin 26 oktyabr tarixində keçirilən parlament seçkiləri "Nida” hərəkatı qazandı.   21 dekabr 2014-cü ildə keçirilən Prezident seçkilərini də "Nida” hərəkatının namizədi olan əl-Baci Qaid əl-Sibsi qalib gəldi.   (Tunis Prezidenti əl-Baci Qaid əl-Sibsi)   Tunisdə başlayan "Ərəb Baharı” Misirə, Yəmənə, Bəhreynə və Liviyaya da yayıldı və rejimlər dəyişdi.   Bu gün Tunisdə aksiyaların başlamasını təşkil edən "Nəhda” hərəkatının sədri Rəşid Qannuşidir.  
 
  Onu da qeyd edək ki, Rəşid Qannuşi "Nida” hərəkatının hakimiyyətə gəlməsinə qədər baş nazir vəzifəsini icra edib.   İqtisadiyyatı   Bazar iqtisadiyyatının daha fəal olduğu Tunisdə turizm ən önəmli sektorların başında gəlir.   Turizmdən əlavə xidmət sektoru, kənd təsərrüfatı, tekstil, yüngül sənaye və bəzi yeraltı qaynaqlar Tunis iqtisadiyyatını təşkil edir.   Yuxarıda da qeyd etdiyimiz kimi, Zeynal Abidin ibn Əlinin dövründə Tunisdə korrupsiya və rüşvətin baş alması ölkə iqtisadiyyatına ciddi zərbə vurdu. Tələbələr və gənclər arasında işsizlik səviyyəsi rekord həddə çatdı.  
 
  Hazırki hökumət bu gün belə ölkədəki iqtisadiyyatı düzəltmək, maddi vəziyyəti dirçəltmək, iqtisadi bərabərliyi yaratmaq və digər işləri görmək üçün müxtəlif addımlar atdığını iddia etsə də müxalifət ölkədə korrupsiyanın yenə artdığını vurğulayır.   Bu gün Tunisdə sahil bölgələrdə yaşayan insanların maddi vəziyyətinin ölkənin mərkəzində yaşayanlara nisbətən yaxşı olması da bəzən etiraz aksiyalarında gündəmə gətirilən mövzulardandır. Çünki nümayişçilər və siyasi partiyalar hesab edirlər ki, sahil bölgəsində yaşayanların əksəriyyəti Zeynal Abidin ibn Əlinin dövründən qalan oliqarxlardır.   2011-ci ilə qədər büdcəsi 10.15 milyard dollar olan Tunisdə bu rəqəm 2010-a nisbətdə 5 faiz artım olaraq xarakterizə olunur. Bundan əlavə 1987-ci ildə xarici borcu 7 milayrd dollar olan Tunisdə bu rəqəm 2010-cu ildə 22 milyard dollara çatıb.  
  İqtisadçılar hesab edir ki, 9 ildir davam edən islahatlar nəticəsində bu rəqəm nisbətən azalıb.   Coğrafi mövqeyi   Şimali Afrikada yerləşən Tunis qitənin qərb bölgəsinin ən kiçik ölkəsidir. Sicilya boğazı və Avropa qitəsindən ayrılan Tunis, Avropaya 140 km uzaqlıqdadır.   Tunisdə dağlar sahilboyu sıralanır. Ölkənin cənubunda bir çox göl və duz gölləri var.   Tunisin Əlcəzair ilə sərhəddi 965 km, Liviya ilə isə 495 km-dir.   Dili, dini və irqi   Tunisdə insanlar ərəbcə danışırlar. Ölkənin sadəcə cənubundakılar bərbəricə ilə ünsiyyət saxlayırlar.  
 
 Ölkə əhalisinin 99 faizi müsəlmandır. Bərbəricə danışanların isə sadəcə 1 faizi müsəlman tunislilərdirlər.   Ölkədəki xaricilər adətən italyanlar və fransalılardırlar.   Tunisdəki memarlıq abidələri və paytaxt Tunis şəhəri   Paytaxt Tunis şəhəri bir tərəfdən müasir binaları,hərəkətli küçələri və müxtəlif kafeləri ilə 140 km uzaqlıqdakı Avropanı xatırladarkən, digər tərəfdən sarayları, məscidləri, bazarlarıyla bir ərəb ölkəsi olduğunu göstərir.   (Paytaxt Tunis şəhərindəki bazarlardan biri)   Yayda havalar çox isti olduğu üçün buraya turistlər daha çox yaz aylarında gedirlər. (Paytaxt Tunis şəhərindən daha bir görüntü)   Tunis şəhərinin ən hərəkətli küçəsi Həbib Burqiba prospektidir. Bu prospekt "Ərəb baharı”dan sonra 7 noyabr prospekti adını alıb.  
 
  Prospekt Tunisin "Şəms Yelisey”i də adlanır və şəhərin yeni mərkəzi Villa Nouvillada yerləşir.   Bu bölgə müasir Tunis adlandıracağımız şəhərin Avropaya baxan üzüdür.   Bu geniş prospekt həm də bulvar olaraq xarakterizə olunur. Bura həm də insanların görüşdüyü məşhur yerlərdəndir. Prospektdə çox sayda kafe fəaliyyət göstərir və kafelərin hər biri insanlarla dolu olur.  
 
  Əsasən nahar vaxtları buradakı iaşə obyektlərində yer tapmaq daha da çətinləşir.   Bu prospektdə fransızlardan qalma St.Vincent de Paul kilisəsi də diqqət çəkən memarlıq abidələrindəndir.   (St.Vincent de Paul kilisəsi)   Kilsə 1882-ci ildə inşa olunub. Kilsənin qarşısında İbn Xəldunun heykəli və nəhəng saat mövcuddur.   Şəhərin qədim bölgəsi isə "əl-Mədinə” adlanır. Burada Zeytunə məscidi mövcuddur.  
 
  Əl-Mədinə bölgəsindəki Babul Bəhr prospekti həm də Zeytunə məscidinə görə məşhurdur. Məscid bizim eranın 732-ci ilində inşa olunub. Məscidin 9 girişi var və 5000 metr ərazini tutur.  
 
 Məscidin minarəsi isə ən diqqət çəkən şeydir. Minarələr 19-cu əsrdə məscidə əlavə olunub. Məscidin ətrafında çox sayda kiçik mağaza və ya bazarlar var.    Bu gün Tunis şəhərində Kasbah məscidi, Yusif bəy məscidi, Sidi Məhriz məscidi və Boyaçılar məscidi var.    İnsanlar məscidlərə gedərək ibadətlərini yerinə yetirsələr də, turistlər məscidlərə axışır və xatirə fotoları çəkdirirlər. 

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...