\"Ərazi bütövlüyümüzün təmin olunması dövlət siyasətinin mərkəzində olub\"

\
"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Şuşaya səfəri istər siyasi, istərsə də mənəvi baxımdan mühüm əhəmiyyət kəsb edir".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

"Biz 44 gündə dəmir yumruq hesabına qazandığımız qələbə sayəsində doğma, tarixi torpaqlarımıza qayıdırıq. Cənab Prezidentin Cıdır düzündə çıxışı zamanı qeyd etdiyi ən vacib məqamlardan biri son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişməsi ilə bağlıdır. Məhz 17 ildə cənab Prezidentin ölkəmizə rəhbərlik etdiyi müddətdə yetişən gənc nəsil bu torpaqları azad etdi. Təbii ki, böyük qələbəmizdə bütün nəsillərin payı var. Lakin cənab Prezidentin də qeyd etdiyi kimi, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Çünki Azərbaycanda gənc nəsil vətənpərvərlik ruhunda yetişir. 30 il əvvəl işğal olunan ərazilərimizin azad olunması gənc nəslin də müəyyən etdiyi əsas vəzifələrdən biri idi. Xüsuilə Prezident İlham Əliyevin güclü bir lider kimi hər zaman dövlətçilik maraqlarını ən ali səviyyədə müdafiə etməsi gənc nəsil üçün əsl nümunə olub", - o bildirib.

Deputat vurğulayıb ki, müharibədə iştirak edən hərbçilərimizin böyük əksəriyyətinin yaşı münaqişənin tarixindən azdır: "Yəni münaqişə alovlanan zaman dünyaya gəlməyən uşaqlar, bu tarixi sonradan öyrənərək qarşıya ali məqsəd qoyan gənclər bizim ərazi bütövlüyümüzün bərpasında iştirak etdilər. Öz qanları bahasına düşmənlə döyüş meydanında mübarizə apararaq, qələbəyə nail oldular. Çünki ərazi bütövlüyümüzün təmin olunması Azərbaycanda hər zaman dövlət siyasətinin mərkəzində olub. Məhz Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə cəmiyyətdə mövcud olan həmrəylik daha da dərinləşdi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəs vahid amal uğrunda Prezident İlham Əliyevin də söylədiyi kimi, dəmir yumruq kimi birləşdi. Bundan sonra da biz xalq olaraq, gənc nəslin nümayəndələri olaraq qalib dövlətin təmsilçisi kimi heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən qalib liderin ətrafında daha sıx birləşəcəyik".


OXŞAR XƏBƏRLƏR

Çempionlar Liqası: "Real" doğma meydanda "Bavariya"nı QƏBUL EDƏCƏK

Bu gün, mayın 8-də dünyanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının ikinci yarımfinalının cavab oyunu keçiriləcək. Sfera.az xəbər verir ki, İspan...

Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydə...

“Virtual Qərbi Azərbaycan” platforması TƏQDİM EDİLDİ

Mayın 8-də Bakı Kitab Mərkəzində “Virtual Qərbi Azərbaycan” platformasının təqdimatı olub.   Sfera.az xəbər verir ki, təqdimatd...

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfl...

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start ver...

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr OLDU

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub. &...