\"Emin Trampın qərargahında göründü, özüylə qara laklı qutu gətirmişdi...\"

\
ABŞ-da bu günlərdə Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi və Tramp-Rusiya əlaqələrindən bəhs edən səs-küylü kitab çapdan çıxıb. Virtualaz.org xəbər verir ki, Maykl İsikoffun və Devid Kornun müəllifi olduğu bu kitab "Rus ruleti: Putinin Amerikaya qarşı müharibəsinin gizli tərəfləri və Donald Trampın seçkiləri” ("Russian Roulette: The Inside Story of Putin's War on America and the Election of Donald Trump") adlanır. 

Kitab hələ rəflərə çıxmazdan əvvəl səs-küyə səbəb olub. Hərçənd nüfuzlu nəşrlər kitabı tənqid edib yazırlar ki, orada Rusiyanın seçkilərə müdaxiləsinə dair prinsipcə yeni hansısa məlumat, fakt yer almır. Bununla belə müəlliflər hadisələrin xronologiyasını sistemləşdiriblər, maksimum şahid ifadələrinə yer veriblər və qapalı mənbələrdən informasiyalar toplayıblar.

"New York Times” kitabdan bəzi seçmələri dərc edir. (gazeta.ua) Bildirilir ki, biznesmen Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında sövdələşmə hələ 2013-cü ilin noyabrında əldə edilmişdi. O vaxt "Dünya gözəli” müsabiqəsinin rəhbəri olan Donald Tramp Moskvaya uçdu. Məqsədi əslində Putinlə görüşüb Moskvada "Trump Tower” tikmək idi. Lakin kitabda deyilir ki, Putin başqa təbirə qatılmışdı və tıxacda ləngdiyi üçün Trampın görüşünə gələ bilmədi. Göydələnin tikintisi haqda razılaşmanı isə "Putinin inşaatçısı” kimi tanınan Araz Ağalarovla bağladı.

"Rusiyada biznes məsələsinə gələndə etibar ediləsi adam tapmaq çox çətindir. Bizim gözəl münasibətlərimiz olacaq”-Tramp Ağalarovun oğlu və "Crocus Group” şirkətinin vitse-prezidenti Eminə dedi.

Emin bu əhvalatda gözlənilmədən birinci plana çıxan yeni personaja çevrildi. Onu hətta Tramp və Manafortla (Pol Manafort) birlikdə üz qabığına çıxardılar. Amerikanın gələcək prezidenti Moskvada Putinlə görüşə bilmədiyi üçün çox məyus olmuşdu. "Biz deyə bilərik ki, Putin olub. Heç kim bilməz”-Tramp öz ətrafına bildirdi.
 

Bir neçə ay sonra Emin Trampın Nyu-Yorkdakı "Tramp Tower” qülləsindəki mənzil-qərargahında göründü. Qara laklı qutu gətirmişdi. Orada Putinin Trampa məktubu var idi. Məktubda nə yazılmışdı, bu indiyə qədər də sirrdir.

Sonradan Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etdi və Trampın Moskvada qüllə tikmək planları baş tutmadı.

Kitabda yazılır ki, Trampın Rusiya ilə əlaqələrinin toxumu əslində daha əvvəl səpilmişdi. 2013-cü ilin iyulunda o, "Dünya gözəli” müsabiqəsində Araz və Emin Ağalarovla, habelə britaniyalı publisist Rob Qoldstounla görüşmüşdü. Tərəflər razılaşma əldə etmişdilər ki, növbəti yarışma Moskvada olsun.

Xəbər verildiyi kimi Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller artıq Emin Ağalarovun Trampa çatdırdığı həmin məktubu tələb edib. Trampın vəkilləri məktubun məzmunundan xəbərsiz olduqlarını deyirlər.




OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...