Əməkdar artisti ölüm xəbəri yalan çıxdı - YENİLƏNİB

Əməkdar artisti ölüm xəbəri yalan çıxdı - YENİLƏNİB
Azərbaycanın Əməkdar artisti, aktrisa Kübra Əliyeva (Kübrabəyim Əliyeva) dünyasını dəyişib. Sfera.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu haqda aktrisanın rəfiqəsi Solmaz Əliyeva məlumat verib.

Qeyd edək ki, Əliyeva Kübrabəyim Ağa qızı Gəncə şəhərində anadan olub. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirib. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi” Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir” G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər” C.Cabbarlı), Adilə ("Ana məhəbbəti”Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan”İ.Qasımov, H.Seyidbəyli) və s. Musiqili Komediya Teatrında oynadığı rollar bunlardır. Gövhər xala ("Gözün aydın” M.Əlizadə), Balı ("Qızıl toy” R.Heydər), Gülbadam ("Sevgilimin anası” G.Xuqayev), Sənəm ("Məşədi İbad” H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri” R. Əhmədzadə) və s.

*  *  *
Kübra Əliyevanın dünyasını dəyişməsi xəbəri təsdiqlənməyib. Aktrisa big.az-a açıqama verib. Xəbərləri eşidib, şoka düşdüyünü deyən Əməkdar artist bildirib: "Mən ölməmişəm. Şou adamı da deyiləm. Nəyə lazım belə yalnış xəbərlər?".
 

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...