Elza Seyidcahanın WhatsApp yazışmaları yayıldı - FOTO

Elza Seyidcahanın WhatsApp yazışmaları yayıldı - FOTO

 

 
 

Əməkdar artist Elza Seyidcahanla stilist Pərviz Mirzəyev arasında qalmaqal yaşanıb.



E.Seyidcahanın efirdə stilist Pərvizlə bağlı, "Pərvizdən də yaxşı ustalarla çalışıram" deməsi stilistin əməlli-başlı narazılığına səbəb olub.

Stilist Pərviz Mirzəyev bildirib ki, Elza Seyidcahan efirdə çıxıb onu bəyənmədiyini desə də, dəfələrlə stilist kimi ona müraciət edir: "Elza o insandır ki, bütün günü məni bezdirir ki, Pərviz, sənin yanına gəlim. O, həmişə yalvar-yaxar edir ki, Pərviz gəlim də. Mənim də vaxtım olanda qəbul edirəm, olmayanda edə bilmirəm. İndi də çıxıb efirdə deyir ki, məni bəyənmir. Mən sizə "WhatsApp" yazışmalarını göndərim ki, məni bəyənməyən insan görün mənə necə yalvarır".

Əməkdar artist Elza Seyidcahan isə sözügedən yazışma ilə bağlı açıqlama verib:

"Afaq Gəncəli məndən efirdə soruşdu ki, saçını Pərviz düzəldib? Mən də dedim ki, təbii ki, Pərvizdən də yaxşıları Azərbaycanda var. Pərviz mənim yazışmamı yaymaqla nə demək istəyir? Onu çox istəyirəm, çox istədiyimi də yazmışam. Amma onun məsuliyyətsizliyi var. Məsuliyyətsizliyi övladım edəndə də bağışlamıram. Üzünə deyirəm ki, belə olmaz. Pərvizi məşhur edən mənim kimi sənətkarlardır. Amma onun məsuliyyətsizliyi özünü məhv edir. İnsan nə qədər salon gəzər? Bir dəfə İlhamə Quliyevanın tədbirinə gecikmişdim, o da məni biabır etmişdi. Bunun da səbəbkarı Pərviz idi. Pərviz həmişə məni hər yerə gecikdirir. Sonuncu dəfə mən onun yanına gedirdim. Dedi gəl. Yolda olanda mənə dedi ki, gəlmə, qonaqlarım gəlir. Bu nə hörmətsizlikdir axı? Belə hörmətsizliyə görə adamı biabır edərlər. Mənim ona ürəyim yanır, yazığım gəlir. Ayıb olsun ona, getsin qonaqlarını qarşılasın. İstedadı var, amma məsuliyyətsizliyi onu geri atır. Pərviz ağlını itirib ki, özünü biabır edir. Onu Pərviz Mirzəyev edən mən olmuşam. Yazışmamı yaymaqla nə demək istəyir axı? Ustanın yanına gedəndə yazırlar ki, haradasan, gəlirəm və s. Bu yazışmada qeyri-adi bir şey yoxdur. Problem deyil qoy yaysın. Şükür Allaha ki, Pərvizin yanında ayıb işim yoxdur. Azərbaycanda 90 faiz stilist Elza Seyidcahanla işləmək üçün növbəyə durub. Mən Pərviz kimi Anar Ağakişiyevin də yanına getmişəm. Anarın kişiliyinə, peşəkarlığına nəyə görə hörmətim var? Çünki nə vaxt demişəmsə, canla-başla yanına getmişəm. Təbii ki, onun da müştəriləri çox olur. Amma vaxtı olmayanda başa düşmüşəm ki, məndən öncə növbəyə yazılanlar var. Qızım onun salonuna gedəndə salonu ayağa qaldırmışdı ki, Elzanın qızı gəlib. Anar kimi sadə, sözünün üstündə duran peşəkar stilistlər Azərbaycanda çox olmalıdır".

 

Mövzuya aid fotolar:

 
Elza Seyidcahanın WhatsApp yazışmaları yayıldı - FOTO (1)
 
Elza Seyidcahanın WhatsApp yazışmaları yayıldı - FOTO (2)
 
BİG.AZ //
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...