Əli Əhmədov Budapeştdə Viktor Orbanla görüşdü

Əli Əhmədov Budapeştdə Viktor Orbanla görüşdü
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov fevralın 16-da Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, Ə.Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Macarıstanın Baş naziri V.Orbana çatdırıb və dövlətimizin başçısının adından onu Azərbaycana səfərə dəvət edib.

Baş nazir V.Orban, öz növbəsində, Prezident İlham Əliyevi özünə yaxın dost hesab etdiyini və Azərbaycan dövlətinin başçısının Macarıstana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Macarıstanın hakim Fidesz Partiyası arasında qarşılıqlı əlaqələrin və sıx əməkdaşlıq münasibətlərinin inkişafı ölkələrimizin və xalqlarımızın dostluq münasibətlərinin inkişafına müsbət təsirini göstərəcək.

Ə.Əhmədov aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Macarıstanın Baş nazirinə məlumat verib.

Baş nazir V.Orban aprelin 8-də Macarıstanda parlament seçkilərinin, aprelin 11-də isə Azərbaycanda prezident seçkilərinin uğurla keçiriləcəyinə əminliyini bildirib. Macarıstanın Baş naziri bu seçkilərdən sonra da ölkələrimiz arasında əlaqələrin daha da genişlənəcəyinə inamını ifadə edib.

OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...