Dövlət qulluğuna qəbul imtahanlarının tarixləri açıqlandı

Dövlət qulluğuna qəbul imtahanlarının tarixləri açıqlandı
 Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın  dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub.
 
DİM-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda 1 dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına qeydiyyat davam edir. Bu imtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 24-dək aparılacaq. 
 
Dövlət qulluğuna qəbul üzrə növbəti test imtahanlarının 18 fevral (B növü üzrə) və 31 mart (A növü üzrə) tarixlərində keçirilməsi planlaşdırılır. Qeydiyyat və s. məsələlər haqqında məlumat veriləcək.
 
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanlarının isə hər ay iki dəfə keçirilməsi nəzərdə tutulur. Elektron sınaq imtahanları Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə keçirilir. Yanvarın ayı üçün nəzərdə tutulan sınaq imtahanları artıq keçirilib.
 
Növbəti sınaq imtahanları 2, 10 fevral və 4, 14 mart tarixlərində təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...

Prezident: "Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər"

Faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.   Sfera.az xəbər verir ki, bu fikri Azə...

İki ildə 72 kiloqram arıqlayan qadın pəhriz reseptini AÇIQLADI - FOTO

ABŞ sakini iki ildə 72 kiloqram arıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.   Viskonsin ştatı...