Dövlət Komitəsinin kampaniyası baş tutdu - Fotolar

Dövlət Komitəsinin kampaniyası baş tutdu -  Fotolar

Əmlak Məsələləri Dövlət Komitəsi jurnalistlərin mülkiyyət hüquqlarının səmərəli təmin olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını təşkil edib.

Sfera.az xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, bu binada mənzil sahibi olan 100-dən çox jurnalistə bilavasitə onların ünvanında kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim olunub. Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli iştirak edib.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, ölkə rəhbərliyi tərəfindən daim Azərbaycanda informasiya azadlığının və azad mətbuatın təmin olunması, Kütləvi İnformasiya Vasitələrinə dəstəyin göstərilməsi diqqət mərkəzində saxlanılır.

Dövlət başçısının mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçilik, xidmətlərdə operativliyin, rahatlığın və şəffaflığın artırılması barədə tapşırıqlarına uyğun olaraq komitə tərəfindən müntəzəm tədbirlər həyata etdirilir.

Daşınmaz əmlakın qeydiyyatında və torpaq məsələlərində “bir pəncərə” prinsipinin tətbiqi, 31 elektron, 3 SMS və 2 onlayn xidmətin istifadəyə verilməsi, qeydiyyat prosedurlarının sadələşdirilməsi və qeydiyyat müddətinin qısaldılması belə tədbirlərə nümunədir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən başlayaraq daşınmaz əmlak və torpaq sahiblərinə ilkin mülkiyyət sənədləri əsasında birbaşa ünvanlarda kütləvi qaydada çıxarışların verilməsi kampaniyasını həyata keçirir.

Kampaniya həm paytaxtda, həm də regionlarda paralel olaraq təşkil olunur. Son bir neçə həftədə artıq Bakıda yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzil sahibləri də kampaniyaya cəlb olunub.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...