Deputatlar yeni ili harada keçirəcəklər-SORĞU

Deputatlar yeni ili harada keçirəcəklər-SORĞU
"Yeni il bayramını evdə keçirəcəyəm”
 
Sfera.az-a açılamasında bu sözləri Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni ili harada və hansı müstəvidə keçirəcəklərilə bağlı sorğunu cavablandırarkən Milli Məclisin deputatı Fəzail İbrahimli deyib: 

"Yeni ili ailəmlə birlikdə evdə keçirəcəyəm. Övladlarım, nəvələrimlə bir yerdə olacağıq. Həmin günü bayramı keçirmək üçün hər hansı digər kənar bir yerə getmək fikrində deyiləm”.
 
Millət vəkili Asim Mollazadə də bayram axşamı evdə olacaq:
"Yeni il heç bir yerə getməyəcəm. Yalnız evdə ailəm daxilində bayramı qeyd edəcəyik. Bir çoxları belə bayramları qışın ovqatına uyğun olaraq, qar yağan məkanlarda keçirməyi xoşlayırlar. Ancaq mən bayram axşamı evdə, ailəmlə bir yerdə olacağam”. 
 
Deputat Fərəc  Quliyev yeni ili Novruz Bayramında qeyd edəcək:
 "Həmin günü Bakıda olacağam və bayramı ailəmlə birgə keçirəcəyəm. Amma yeni il kimi deyil, daha çox  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edəcəm. Sərhəd hərəkatının ideoloq və təşkilatçılarından biri olmuşam. Bu günün yaranmasında xüsusi iştirakım olub. Yeni ili isə Novruz Bayramında qeyd edirəm. Amma Həmrəylik bayramı olaraq 31 dekabrı ailəmlə birlikdə Bakıda keçirəcəyəm”.
 
Millət vəkili Musa Qasımlı da bayram günü ölkə daxilində olacaq: 
"Yeni il bayramını ailəm, övladlarım, nəvələrimlə birlikdə öz evimdə, Bakı şəhərində keçirəcəyəm. Adətən yeni ili öz evimizdə ailəliklə keçiririk və Azərbaycandan kənara çıxmırıq”. 
 
Digər deputat Eldar İbrahimov da həmkarları kimi  bayramı Vətəndə qeyd edəcək: 
"Yeni ili evimdə, övladlarım, nəvələrimlə birlikdə keçirəcəyik.  Hər kəs bayramı necə keçirir, bu onun öz işidir. Bayramları qarlı məkanlarda keçirməyə də pis baxmıram. Amma mənim üçün hər şeydən yüksək bayramı ailəmlə, uşaqlarım, nəvələrimlə bir yerdə keçirməkdir”.

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Prezident: "Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır"

Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır. Burada hər hansı ayrı-seçkiliyə yol verilməməlidir.   Sfera....

Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib – FOTOLAR

Bu gün Milli Məclisdə Türk Dövlətləri parlamentlərinin Beynəlxalq Münasibət Komitələrinin birgə iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclası g...

İlham Əliyev: "Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir"

Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir. Biz, sadəcə, bu sərmayələr üçün müvafiq münbit iqlim yaradırıq.   S...

“İsrail birinci mərhələdə 20 girovu azad etməyə hazırdır” - “The Times of Israel”

“İsrail razılaşmanın birinci mərhələsində 20 girovu azad etməyə hazırdır”.   Sfera.az xəbər verir ki, bu barədə “The Times of Israe...

Prezident: "Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi"

Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ap...

XİN: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq.   Sfera.az xəbər verir ki, bunu ...