Dəm qazından zəhərlənmənin çarəsi tapıldı - Bunu etməsəz, cərimələnəksiz

Dəm qazından zəhərlənmənin çarəsi tapıldı - Bunu etməsəz, cərimələnəksiz

Son günlər Bakıda dəm qazından iki gənc qızın zəhərlənməsi illərdir davam edən bu “terror”a insanların reaksiyasını daha da kəskinləşdirib.

1991-ci il təvəllüdlü Nərmin Əzizova və Sevinc İbrahimovadır. Və bundan başqa mətbuata kimliyi bəlli olmayan onlarla şəxs... Bəs uzun illərdir insanların qatilinə çevrilən dəm qazı onları necə zəhərləyir? Bunun səbəbi nədir və hansı şəraitdə baş verir? Bu hadisənin baş verməməsi, insanların yaşaması üçün hansı tədbirlər görülməlidir?

Bakı Şəhər Baş Qaz İstehsalat İdarəsinin keçmiş birinci müavini, ekspert Nüsrət Qasımov“Qafqazinfo”ya açıqlamasında bildirib ki, insanların dəm qazından ölməsinin bir neçə səbəbi var:

“Bədbəxt hadisərin çoxu qaz sızmasına görə boğulmadan yox, zəhərlənmədən baş verir. Qaz sızması nəticəsində bir otağa 4,5 faiz həcmdə metan qaz yığılırsa, artıq partlayışa hazır vəziyyətə gəlir və ani qığılcımdan partlayış baş verir. Evdə bu həcmdə qaz sızması olarsa, adicə çöldən qapı zəngi basılarsa, partlayış baş verə bilər. Bu vaxt partlayışın gücü hər kvadratmetrə 400 tona çatır. Qaz sızması zamanı qığılcım baş vermədən öncə də adam boğulmadan ölə bilər. İnsan bədəninin fəaliyyət göstərməsi üçün 20 faiz oksigen olmalıdır. Qaz sızması nəticəsində metan qazın faizi artır, oskigen isə azalır və oksigen çatışmazlığı nəticəsində beyon toxumaları ölür və insan boğulmadan ölür.

Zəhərlənmə isə qazın yanması nəticəsində əmələ gəlir. Qazdan zəhərlənmələr daha çox hamamxanalarda və ya yataq otaqlarında baş verir. Hamamxanaların həcmi 7 kubmetr olmalıdır. Qapısı bayıra açılmalıdır və qapının aşağısında diametri 2,5 sm deşiklər olmalıdır. Ventilyasiya kanalı olmalıdır, vaxtaşırı təmizlənməlidir. Çox adam ventilyasiya qoymur ya da bağlayırlar ki, ordan cücü gəlir. Onu bağlamaq insanların ölümünə səbəb olur. Tüstü bacaları rübdə bir dəfə, istilik cihazları ildə bir dəfə qız mövsümündən öncə təmizlənməlidir. Amma nə bunu təmizləyən dövlət qurumu var, nə də əhali təmizləyir. Qanunverciliyə görə, qaz istismar qaydalarını pozanlar, fiziki şəxslər 30-40 manat, vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər isə 300 manat cərimələnir. Etinasızlıq olmaz, qaz laqeydliyi bağışlamır”.

Ekspert dəm qazından zəhərlənmənin qarşısının alınması üçün öncədən görüləcək tədbirləri açıqlayıb:

“Qaz sobalarının evin damından yarım metr hündürdə quraşdırılmalıdır. Bir kub metr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmayanda yaxud həddən artıq çox olanda proses pozulur və karbon 4 oksid əvəzinə karbon 2 oksid alınır. Karbon 4 oksid zəhərsiz, karbon 2 oksid isə zəhərlidir. Qazı yanılı qoyub gecə yatmaq olmaz. Dəfələrlə mediada bununla bağlı maarifləndirmə işləri aparılır, amma insanlarda öz taleyinə qarşı laqeydlik var.

Tüstü bacaları, ventilyator uzun müddətdir yiyəsizdir və heç bir qurum tərəfindən təmzilənmir. Tüstü bacaları işinə nəzarət edən bir qurum yaradılmalıdır. Bu qurumun peşəkar işçiləri və xüsusi avadanlıqları olmalıdır. Hazırda bu işə görə heç bir qurum məsuliyyət daşımır. Qazdan baş verən ölüm hallarının əksəriyyətinə bu səbəb olur.

 

Qaz sızması əleyhinə detektorlar mütləq şəkildə hər bir evdə quraşdırılmalıdır. Detektor problem olanda qazın yolunu bağlayır və yanmamış karbohidrogen olanda reaksiya verərək siqnal çalır. Yeni tikilən binalara detaktor paylanılır, köhnələrə isə “Azəriqaz” tələb edir və məcburi şəkildə quraşdırılmalıdır. Bu detektorun qiyməti 10-12 manatdır. Axı insanlar niyə bu pulu öz canlarından üstün tuturlar? Detektorun qoyulmamasına görə də cərimə nəzərdə tutulub.

Qaz təchizatı “Azəriqaz”in iştirakı ilə quraşdırılmaslı və onların yoxlaması olmadan istifadə edilməlidir. İnsanlar özləri “Azəriqaz”ın işçilərini çağırmalıdırlar, amma bizdə qapıya gələn işçini yoxlama üçün evə buraxmırlar. Əsas məsələ, qazı özbaşına quraşdırmaq olmaz. Çünki qaz kəmərlərini tərpədəndə germetiklik pozulur və qaz sızması əmələ gəlir. Qaz qurğularını naşı, lisenziyası olmayan ustaları çağırıb iş gördürmək olmaz. Hərə əlinə bir çamodan alıb düşüb şəhərin canına. Gedib İran peçi alırlar, onun istilik təzyiqi 178 milli metr su tutumuna bərabərdir. Amma bizim kəmərlərdə standart 130 milli metrdir, reallıqda isə 70-80 olur. Vətəndaşlar da nasos ustalarını çağırırlar. Onlar da bu sobaların avtomatikasını pozaraq qaz keçən yerini deşib böyüdürlər və yanma prosesi pozulur. Beləcə, karbon 4 oksid əvəzinə karbon 2 oskid çıxır. Tüstü bacaları, ventilyatorlar da işləmədiyi üçün zəhərli qaz otaqdan təmizlənmir və bundan da zəhərlənmə baş verir”.

Nüsrət Qasımov dəfələrlə bu bədbəxt hadisələrə görə günahlandırılan “qazın düzgün təmizlənməməsi” və “sobaların keyfiyyətsiz olması” iddialarının yanlış olduğunu deyib:

“Bakıda satışda olan qaz sobalarının demək olar ki, hamısı keyfiyyətlidir. Burda əsas problem tüstü bacalarıdır. Çünki həmin avadanlıqlar xaricdən ölkəyə gətirilərkən yoxlanılır və standartlara uyğun olanlar buraxılır.

Əhaliyə verilən qaz isə Qaradağda Qaz Emalı Zavodunda təmizlənir və içində heç bir zəhərli maddə olmur. Bircə aderatdan başqa. Onu da məqsədli şəkildə vururlar ki, insanlar sızma zamanı qazın iyini hiss etsin. Hər min kubmetrə Yayda 8, qışda 16 qram vurulur, bu da zəhərlənmə həddində deyil. Qaz dünyanın hər yerində eynidir. Zəhərlənmə qazın tərkibinə görə deyil. Bu yalnış fikirdir”.

Qeyd edək ki, hər il qış aylarında Azərbaycanda onlarla vətəndaş dəm qazının qurbanı olur.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...