Dayanmadan inkişaf edən \"RAHAT\" market daha bir ünvanda - FOTO/VIDEO

Dayanmadan inkişaf edən \
Bu gün Abşeron rayonu, Müşfiqabad qəsəbəsində "RAHAT" supermarketlər şəbəkəsinin yeni filialının açılışı olub. 

Sfera.az xəbər verir ki, 1500 kvadrat metrlik sahəni əhatə edən yeni mağazada 20 minə qədər müxtəlif çeşiddə mallar ən münasib qiymətlərlə vətəndaşlara təklif edilir.

Mağazanın açılışında iştirak edən "RAHAT" Marketlər şəbəkəsi, "ANC Group" MMC-nin baş direktorun müavini Emin İsmayılov vətəndaşları endirimli qiymətlərdən yararlanmağa dəvət edib.

E.İsmayılov bildirib ki, bu, "RAHAT" Marketlər şəbəkəsinin sayca 38-ci filialıdır:

"Bu gün "RAHAT" Marketlər şəbəkəsinin 38-ci mağazasının açılışıdır. Əhalinin tələbatına görə mağazalarımızın sayı da sürətlə artır. Müşfiqabad qəsəbəsində isə artıq ikinci mağazamızın açılışını edirik. Açılışla əlaqədar olaraq 20 manatlıq alış-veriş edən hər kəsə müxtəlif növ dəyərli hədiyyələrimiz olacaq. Vətəndaşların rahat alış-veriş etməsi üçün kampaniya üç gün ərzində davam edəcək. 

İzdihamdan da göründüyü kimi, insanlar keyfiyyətli və münasib qiymətlərlə alış-veriş üçün "RAHAT" Marketi seçir. Xüsusi dizaynla tərtib edilən mağazamız ən son texniki avadanlıqlarla təchiz edilib. Hər kəsi möhtəşəm aksiyalardan faydalanmağa dəvət edirik".

Qeyd edək ki, "RAHAT" Marketlər şəbəkəsinin Bakının müxtəlif istiqamətlərində filialları fəaliyyət göstərir. Gündəlik 80 mindən çox müştəriyə xidmət göstərən "RAHAT" market filiallarında müştərilərin büdcəsinə uyğun, bol çeşiddə, yüksək keyfiyyətli məhsullar təklif olunur. Müştərilərin rahat alış-veriş etməsi üçün hər cür şərait yaradılıb.


OXŞAR XƏBƏRLƏR

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...