Daha bir şou əhli Xırdalan və xırdalanlılarla bağlı üsyan etdi - “Ölürəm, ölürəm...” - Video

Daha bir şou əhli Xırdalan və xırdalanlılarla bağlı üsyan etdi - “Ölürəm, ölürəm...” - Video

Azərbaycan şou-biznesinin daha bir nümayəndəsi Xırdalan şəhəri ilə bağlı şikayətini dilə gətirib.

Sfera.az xəbər verir ki, bu, aparıcı Lalə Mustafayevadır. O, yaşadığı Xırdalan şəhərinin yolları və insanlarından gileylənib:

"Günün günorta çağı mən yenə tıxacdayam. Mənə elə gəlir ki, bizim ömrümüzün yarısı tıxacda keçir. Dəhşətdir ey... Xüsusən də bu Xırdalanda yaşayanlar. Elə bir gün gələcəkmi, mən buradan nəhayət köçüb, canımı qurtaracam. Ölürəm, ölürəm... 

Palçıq bir tərəfdən, yollar it günündədir, bu bir tərəfdən, sürücülük mədəniyyəti sıfır dərəcədədir. Və mənə elə gəlir ki, elə bu sıfır dərəcədə olanları xüsusən yığıblar Xırdalana, biabrçılıqdır. Hara gedirsən, gecikirsən. Deyirlər ki, tez çıx da! Axı tez çıxmaq da olmur. Nə qədər də tez çıxsan, bir saat qabaq tez çıxıram. Allaha and olsun ki, Moskva yalan oldu. Bu nə birabrçılıqdır?! Həmişə mənə deyirlər ki, "Lalə xanım, sizin maşınınız niyə çirkli olur?". Buradan üzümü sizə tuturam, siz də gəlin Xırdalanda yaşayın, görün sizin maşınınız neçə saat, neçə dəqiqə təmiz qalacaq. Mümkün deyil... Mən buradan köçənə qədər elə belə də olacaq.

Ən böyük problem bilirsiniz nədədir? Hər hansı bir rayonda yaşayıb, Bakıya köçən insanlara qarşı deyiləm. Hər birinizə böyük hörmətim var. Amma necə deyərlər, axı mən Bakının göbəyində, mərkəzdə doğulub, yaşayan insan olmuşam. Niyə mən indi Xırdalanda yaşamalıyam, amma o haradansa köçüb gələnlər isə şəhərin mərkəzində. Deyəcəksiniz ki, fərasət. Mən çox fərasətsiz qızam. Bunu da boynuma alıram. Ona görə də neçə ildir ki, ailəmlə qalmışam Xırdalanda, əziyyət çəkirik, təzədən şəhərə qayıda bilmirik".

Xatırladaq ki, bundan əvvəl prodüser və aparıcı Tarix Əliyev (Tolik) də Xırdalanın yolları ilə bağlı şikayətini sosial şəbəkədə paylaşmışdı. Onun bu şikayətinə bir neçə şou nümayəndəsi də qoşulmuşdu.(yeni sabah)


OXŞAR XƏBƏRLƏR

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...

“Avroviziya-2024”ün birinci yarımfinalı başladı

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya” mahnı müsabiqəsi birinci yarımfinalı başlayıb.   Sfera.az xəbər verir ki, birinci yarımfinalda...

Zebralar niyə bir-birlərinə baş yelləyirlər?

Yeni bir araşdırma sübut edib ki, zebralar qarşı cinsin və ya tanış qohumların diqqətini cəlb etmək və onları gəzinti və ya tanışlıq kimi birgə fəaliyyətə dəvət...

Cennifer Lopez “Met Gala 2024”ə Ben Affleksiz qatılması diqqət çəkib - FOTO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez” Met Gala 2024”ün ağ-yaşıl xalçasında təkbaşına görünməklə, Ben Affleklə evliliyində problemlərlə bağlı ...

“Dəli yığıncağı” nümayiş olunacaq

Mayın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük mütəfəkkir Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadl...