Cavid Hüseynov buraxılmadı - FOTO

Cavid Hüseynov buraxılmadı -  FOTO

Avqustun 14-də Bakı Apelyasiya məhkəməsində futbolçu Cavid Hüseynovun şikayətinə baxılıb. Məhkəmə Cavid Hüseynov barəsində həbs qərarını qüvvədə saxlayıb.

Bu haqda vəkil Adəm Məmmədov məlumat verib.Məhkəmədə Cavid Hüseynovun özü də iştirak edib. Adəm Məmmədov həbs qətimakan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət hazırlayır.

Futbolçu məhkəməyə belə gətirilib

Cavid Hüseynov avqustun 11-də həbs olunub. O, cinayəti bilib xəbər verməməkdə ittiham edilir. Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında saxlanılır.

ann.tv saytının əməkdaşı Rasim Əliyev öz facebook hesabında Cavid Hüseynovu tənqid edən status paylaşıb. Bundan sonra Cavid Hüseynov Rasim Əliyevə zəng edib. Caviddən sonra isə onun bibisi oğlu, 21 yaşlı Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb.

Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, avqustun 8-də Elşən İsmayılov 4 nəfər yaxını ilə Rasim Əliyevi döyüb, ona çoxsaylı bədən xəsarətləri yetiriblər. R.Əliyev avqustun 9-da Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Bu maddə üzrə 5 nəfər ittiham olunur.

Cavid Hüseynov isə hadisəni bilib, xəbər verməməkdə təqsirləndirilir.  /file/articles//file/articles/report.az


OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...