Cavad Zərif Bəşər Əsədə görə istefa edib – İlginc İDDİA

Cavad Zərif Bəşər Əsədə görə istefa edib – İlginc İDDİA
Türkiyə mediasında yer alan xəbərlərə görə, İranın xarici işlər naziri Cavad Zərif Bəşər Əsədin İranın Ali dini lideri ali Ayətullah Əli Xamenei ilə görüşdükdən sonra istefa verməyi qərara alıb.

Sfera.az türk mediasına istinadən xəbər verir ki, Cavad Zərif görüş zamanı çəkilən şəkil üçün "dünyada etibarı yoxdur” ifadəsini işlədib.

 

İranda fəaliyyət göstərən "Entekhab” saytının yayımladığı xəbərə görə, Cavad Zərif müxbirin sualına qısa şəkildə bu cür cavab verib:

 

"Bu gün baş tutan görüşlərdəki fotolardan sonra Cavad Zərifin xarici işlər naziri olaraq artıq dünyada etibarı yoxdur”.


İranlı Tələbələr Xəbər Agentliyinin (ISNA) verdiyi məlumata görə, Zərifin mesajında ötən gün Suriya lideri Bəşər Əsədin İranın Ali dini lideri Ayətullah Əli Xamenei və İran prezidenti Həsən Ruhani ilə baş tutan görüşlərini nəzərdə tutduğu bildirilib.


 

İran parlamentinin sədri Əli Rza Rahimi verdiyi açıqlamasında Zərifin istefa qərarına reaksiya göstərək bunları deyib:

 

"İkinci bir Zərif yoxdur. Onun yerinə gələcək şəxs ya zərərverici idarəyə itaət edəcək, ya da inqilab adına qazanılan bir çox şeyləri məhv edəcək. Əgər Zərifin istefası geçəkləşərsə, bu daxildəki müxalifətin xəncərinin iti olduğu mənasına gəlir. Sabah parlamentdə Cavad Zərifin istefasının pərdəarxası məqamları araşdırılacaq”.

 

Qeyd edək ki, Cavad Zərifin iştirak etmədiyi görüşdən çəkilən fotolarda İran İnqilab Keşikçiləri Ordusunun komandiri Suleyman Qasıminin görünməsi diqqət çəkib.

 

Xatırladaq ki, ötən gün Cavad Zərif şəxsi "İnstagram” səhifəsində İran xalqına istefa etməsiylə bağlı açıqlama verib.


Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   B...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...