Böyük Bəhmənli sakinləri Vüqar Bayramova tam etimad nümayiş etdirdilər

Böyük Bəhmənli sakinləri Vüqar Bayramova tam etimad nümayiş etdirdilər

Yanvarın 23-də Füzuli rayonundakı ilk görüşünü Horadizdə keçirən deputatlığa namizəd Vüqar Bayramovun növbəti görüşü Böyük Bəhmənli kəndində baş tutub.

 

Vüqar Bayramov deputatlığa namizədliyini verməkdə məqsədinin yeni status əldə etmək deyil, insanların çətinliklərini dilə gətirmək, onların həllinə yardım etmək olduğunu bilidirib: "Seçki platformamın əsasını seçicilərin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı təkliflər təşkil edir. Mən Sizi seçkilərdə aktiv olmağa və səsinizi, seçildikdən sonra yanınızda olacaq şəxsə səs verməyə səsləyirəm.”


Böyük Bəhmənli kəndinin ziyalıları və ağsaqqalları kənd camaatının təklif və rəylərini deputatlığa namizədin diqqətinə çatdırıblar. Onlar Vüqar Bayramovun bir millət vəkili kimi Füzuli rayonunu layiqincə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.

 

Görüşdən sonra Vüqar Bayramov görüş iştirakçıları ilə birgə Böyük Bəhmənli şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və xatirə şəkli çəkdirib.

Qeyd edək ki, görüşdə 300-ə yaxın kənd sakini iştirak edib.





OXŞAR XƏBƏRLƏR

"Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb" - BVF rəsmisi

Dünyadakı gərgin geosiyasi vəziyyətə görə iqtisadiyyat üç bloka bölünüb.    Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Şəhid Ayaz Ağayev dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn e...

Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır

Yelo Bank-ın sevimli Yelo kart məhsulu təqdim etdiyi üstünlüklərlə diqqətləri öz üzərinə çəkməyə davam edir. Xərclərindən və kart balansından gəlir qazanmaq ist...

Özünü heyvan sümükləri ilə ölü göstərən Rafətlə bağlı DETALLAR: 6 ay sonra Bakıda... - FOTO

Sabirabadın Bulduq kəndi ərazisində maşında yanmış sümüklərinin tapıldığı deyilən, amma 6 ay sonra Bakıda sağ-salamat tutulan iş adamı Rafət Qəniyevin necə...

Zelenskiyə qarşı sui-qəsd cəhdinin DETALLARI: "Çətin ki..."

Ötən gün Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenski, Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Buda...

"Putin-Paşinyan görüşü hər iki tərəf üçün önəmlidir" - Peskov

"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 8-də Moskvada keçiriləcək görüş hər iki tərəf üçün önəmlidir"...