Bu gün iki rayonun icra başçısı dəyişdiriləcək - Sərəncam gözlənilir

Bu gün iki rayonun icra başçısı dəyişdiriləcək - Sərəncam gözlənilir
 

Xaçmaz rayonu və Yevlax şəhəri İcra Hakimiyyətində rəhbər şəxslərin dəyişidiriləcəyi gözlənilir.

Daxil olan məlumata görə, yaxın vaxtlarda Xaçmaz rayon İcra Hakimiyyətinin 80 yaşlı başçısı Şəmsəddin Xanbabayevin və Yevlax şəhər İcra Hakimiyyətinin 60 yaşlı başçısı Qoca Səmədovun tutduqları vəzifədən azad edilməsi barədə müvafiq sərəncamlar imzalanacaq.

Modern.az məsələ ilə bağlı Yevlaxın deputatı İlham Məmmədov ilə əlaqə saxlayıb.

Deputat xəbəri təsdiqləyib. İ.Məmmədov bildirib ki, Yevlaxa yeni icra başçısının təyin olunacağı barədə xəbəri o da eşidib.

"Yəqin ki, bu gün sərəncam veriləcək. Mən də dünən eşitdim ki, icra başçımız dəyişəcək. Çox ehtimal ki, bu gün yeni təyinat haqqında qərar elan olunacaq”.

Artıq yaşlı icra başçılarının yerinə gətiriləcək kadrların kimliyi barədə də məlumat verilib. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayevin (1980-ci il təvəllüdlü) Xaçmaz rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunacağı gözlənilir.

Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyevin (1981-ci il təvəllüdlü) isə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə aparılacağı gözlənilir.

Məlumata görə, Anar Tağıyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.


OXŞAR XƏBƏRLƏR

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...