“BMT-də islahatlar aparılmalıdır” - Elmar Məmmədyarov

“BMT-də islahatlar aparılmalıdır” - Elmar Məmmədyarov
"Azərbaycan özünü geniş Şərqin bir hissəsi kimi görür və burada baş verən hadisələr bütün dünyaya təsir edir”.
 
Sfera.az bildirir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov VI Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq" adlı panel müzakirəsi zamanı çıxışında deyib. 

Nazir bildirib ki, xüsusilə Sovet İttifaqının dağılmasından sonra dünyada mühüm dəyişikliklər baş verib: "Bu dəyişikliklər hansısa formada bizə də təsir etdi, ölkəmizin bir hissəsi işğal olundu, 1 milyondan çox qaçqınımız, köçkünümüz yarandı, xalqımız etnik  təmizləməyə məruz qaldı. Bu münaqişənin həlli başqa mövzudur. Bunun həll yolları var. Biz yeni dünyanın quruluşunun zəminlərini yaratmalıyıq. BMT islahatlara məruz qalmalıdır. Əgər biz gələcəyin inkişafını proqnozlaşdırdığımız kimi görmək istəyiriksə, buna uyğun fəaliyyət göstərməliyik”. (APA)

OXŞAR XƏBƏRLƏR