Bakıda tıxacda qalan taksi sürücüsü qaydaları belə pozdu - VİDEO
13:01 / 26.05.2019
6662
Bakı şəhər Səbail rayonu Mikayıl Useynov küçəsində demək olar ki, hər gün tıxac müşahidə edilir.
Yolun şəhərin mərkəzinə doğru olan hissəsində tez-tez uzunmüddət davam edən tıxaclar bəzən sürücülərin səbir kasasının dolmasına səbəb olub. Belə hallardan biri mayın 24-də yaşanıb. Belə ki, "Azneft" meydanına doğru yolun hərəkət zolağında xeyli tıxacda gözləyən taksi sürücüsü qaydaları pozaraq avtomobilini yolun ortasındakı ayırıcı zolağın üstünə çıxarıb. O, idarə etdiyi "Mercedes" markalı avtomobili hündürlüyü 20-25 sentimetr olan zolağın üzərinə çıxardıqdan sonra sürətlə hərəkət edərək ərazidən uzaqlaşıb.
Hadisəni əks etdirən videonu təqdim edirik. (Publika.az)