Bakıda Məhərrəmlikdə kimlər toy edir?

Bakıda Məhərrəmlikdə kimlər toy edir?
 Artıq bir aya yaxındır ki, Hicri-qəməri təqvimi ilə Məhərrəm ayını yaşayırıq. Adətən, İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ay matəm ayı kimi dəyərləndirilir. Bu baxımdan, məhərrəmliyi dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar.  Çünki adətən, əksəriyyət bu ayda toy etməkdən çəkinir. Buna baxmayaraq, fərqli düşünən insanlar da var.

Maraqlıdır, məhərrəm ayı girəndən indiyə kimi restoranlarda toylar olubmu?
Sfera.az xəbər verir ki, Modern.az saytı bu sualla bir neçə restorana müraciət edib.

"Mega Palace” şadlıq evinin əməkdaşı Vüsal Şirinov: "Hansısa restoranlarda ola bilər ki, kiçik məclislər olsun. Amma biz şadlıq evi olduğumuz üçün ancaq toy işlərinə baxırıq. Bu baxımdan, məhərrəmlikdə hər hansı toy olmayıb. Lakin 2-3 ay qabaqcadan məhərrəmlikdən sonrakı aylar üçün sifarişlər var”.

"Çanaqqala” restoranının əməkdaşı Rafiq: "Bilirsiniz ki, azərbaycanlılar məhərrəmlik ayında toy etməyin tərəfdarı deyil. Buna görə də bu ayda indiyə kimi hər hansı toy olmayıb. Növbəti aylar üçün isə indidən  müraciətlər var. Bunlar nişan, xınayaxdı mərasimləridir”.

"Gilavar” restoranının administratoru Rufan Qasımov: "Neçə ildir, bu sahədə çalışmağıma baxmayaraq, hələ  məhərrəmlik ayında toylar üçün müraciət edənlərlə rastlaşmamışam. Bilirsiniz, azərbaycanlılar bu ayda toy etməkdən çəkinirlər. Əksəriyyəti düşünür ki, bu ayda toy etsə, ya boşanacaqlar, ya övladları olmayacaq. Tutaq ki, hansısa əcnəbi üçün məhərrəmliyin önəmi yoxdur və toy üçün müraciət edə bilər. Lakin onun da qonaqları azərbaycanlı olacaq axı. Bu baxımdan, hələlik belə bir şeylə rastlaşmamışam. Məhərrəmlikdən sonrası üçün isə artıq sifarişlərimiz var”.

"Yeganə” şadlıq sarayının mühasib köməkçisi Arzu  Abbasova: "Məhərrəmlik girəndən indiyə kimi  şadlıq evində toylar olmayıb. Bu, adətən, hər il belə olur. Sadəcə bir dəfə rus xanımı toy etmək üçün müraciət etsə də, rəhbərliklə razılıq olmayıb”.

"Monte Kristo” şadlıq evinin meneceri İqbal Aydınoğlu: "Məhərrəmlik ayı çərçivəsində hansısa şənlik və ya toy üçün müraciət olmayıb. Lakin növbəti aylar üçün təyin olunan toylarımız var”.

"Xəmsə” şadlıq evinin administratoru Bəxtiyar: "Məhərrəmlik ayı girəndən bəri  restoranda toy olmayıb. Eyni zamanda, bununla bağlı hər hansı müraciətlər də yoxdur. Amma məhərrəmlikdən sonrası üçün qabaqcadan sifarişlər olur”.

"Su Sonası” şadlıq evinin administratoru Mütalib Əhmədov: "Ümumiyyətlə, Azərbaycanda elə adam ola bilərmi ki, məhərrəm ayında toy eləsin və ya bunun üçün qabaqcadan müraciət etsin? Müəyyən  rayonlarda bu ayda toylar olur. Amma indiyə kimi bizim restorana hər hansı müraciət olmayıb. Noyabrın 21-də məhərrəm ayı bitəcək. Həmin vaxt üçün sifarişlər mövcuddur”.

OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...