Bakıda ölümcül virusdan öldüyü deyilən qızın həkimi açıqlama verdi

Bakıda ölümcül virusdan öldüyü deyilən qızın həkimi açıqlama verdi
 
Bakıda dəhşətli virusdan ölən gənc tələbə qızla bağlı "Bakı Medical Plaza”dan açıqlama verilib.

Sfera.az xəbər verir ki, xəstəxanadan BAKU.WS-ə bildirilib ki, Nərdanə Şirvan qızı Tağızadə xəstəxanaya daxil olanda vəziyyəti kritik olub.

"Xəstə daxil olanda vəziyyəti çox ağır idi. Bizə qədər o, bir neçə xəstəxada müalicə alıb. Daxil olanda vəziyyəti ağır olduğu üçün onu süni nəfəs aparatına qoşulub”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ilk əvvəl qızın H1N1 virusuna, daha sonra leptospiroz virusuna yoluxduğundan şübhə ediblər. Lakin qızın vəziyyəti ağır olduğu üçün onun müalicəsi nəticə verməyib.

Qızın həkimi Kamal Quliyev isə "unikal.org”a açıqlamasında bildirib ki, Nərdanə Tağızadə xəstəliyinin 21-ci günündə "Bakı Medical Plaza”ya gətirilib. Burdan əvvəl də 3 xəstəxanada müalicə və müayinə olunub: "Burdan əvvəl sonuncu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə alıb.

Ordan Bakı Medical Plaza”ya kəskin ağ ciyər zədələnməsi ilə gəlib. Diaqnozu kəskin "kəskin respirator distres sindromu" olub. Yəni, mərhum bu xəstəlikdən dünyasını dəyişiub. Bura gətiriləndə mərhum çox ağır vəziyyətdə idi. Yəni, N.Tağızadənin vəfat etmək səbəbi budur".

Qeyd edək ki, gənc qızın ölümü ilə bağlı Səhiyyə Nazirliyi də açıqlama verib. Açıqlamada bildirilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təstiqini tapmayıb.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...