Bakıda doğranmış iş adamının marketi də bağlandı - FOTO

Bakıda doğranmış iş adamının marketi də bağlandı -  FOTO

Bakıda həyavt yoldaşı Lalə Mahmudova və onun məşuqu Sədi Məmmədov tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 39 yaşlı Kamran Mahmudova məxsus "Full Mart" marketi artıq üç gündür fəaliyyət göstərmir.
Milli.Az bildirir ki, marketin giriş qapısına "bağlıdır" yazılıb və fəaliyyətin müvəqqəti, yaxud birdəfəlik dayandırılması ilə bağlı heç bir açıqlama verilməyib.
Xatırladaq ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdən itkin düşməsi barədə hüquq mühafizə orqanlarına daxil olmuş məlumat əsasında həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, həmin tarixdə saat 03 radələrində Bakı şəhər sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olub onun əri K.Mahmudovu öldürmək məqsədi ilə sonuncuların yaşadığı mənzilə gəlib.

S.Məmmədov K.Mahmudovun yatmış vəziyyətdə olmasından istifadə edərək özü ilə gətirdiyi odlu silahdan onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq qəsdən öldürüb və meyidi L.Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək özünə məxsus BMW markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam ödürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Mahmudovun meyidi qeyd olunan ərazidə aşkar edilərək çıxarılmış, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, cinayətin aləti olan odlu silah və 12 ədəd güllə maddi sübut kimi götürülmüşdür.

Cinayətin S.Məmmədov və L.Mahmudova tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunublar.
Lalə ilə Kamranın 15 illik evliliklərindən iki oğlanları olub. Böyük oğlan 13-14, balaca 8 yaşında olub.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...