Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri kim olacaq? - Ən real namizədlərin siyahısı

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri kim olacaq? - Ən real namizədlərin siyahısı
 Nazirlər Kabinetinin yeni tərkibində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adının baş nazirin müavinləri siyahısında açıqlanmasından sonra onun boş qalan postuna kimin təyin olunacağı ciddi müzakirə mövzusuna çevrilib.

Bakıya rəhbərlik edəcək şəxsin kim olacağına dair müxtəlif versiyalar irəli sürülməkdədir. Belə namizədlər arasında adı hallananlardan biri "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovdur. Qeyd edək ki,C.Qurbanov hazırda ölkə rəhbərliyinin tam etimadına malik olan azsaylı kadrlardan biridir. Dəmir yolundan əvvəl ölkənin avtonəqliyyat sisteminə rəhbərlik edib. Ölkədə həyata keçirilən ən böyük nəqliyyat layihələrində bilavasitə iştirakçı olub. 


Hazırda Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin aparıcı ölkəsinə çevrilməsi istiqamətində reallaşdırılan ən məsuliyyətli layihələrə rəhbərlik edir. Özünün mətbuata verdiyi açıqlamalardan aydın olur ki, ölkə rəhbərliyi qarşısında qaldırdığı təkliflərin hamısına rahatlıqla dəstək ala bilir.

Bakı merliyinə namizəd olaraq adı hallandırılan digər məmur Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. Bundan əvvəl Z.Fərəcov Abşeron rayonunun rəhbəri olub, rayonda böyük abadlıq işlərinin həyata keçirilməsini təmin edib. Sumqayıta təyin olunandan sonra ölkənin ikinci böyük şəhərində geniş miqyasda yenidənqurma və abadlıq işlərini reallaşdırıb. Sumqayıtın yenidən sənaye şəhəri imicinin bərpa olunması prosesində aktiv iştirak edib. İcra hakimiyyəti başçısı kimi müsbət xarakteristikası olan azsaylı məmurlardan biridir.

Digər bir iddiaçı isə artıq sabiq nazir olan Azad Rəhimovdur. Onun şansının daha yüksək olduğuna dair hətta sosial şəbəkələrdə məlumat - mülahizələr dolaşır. Azad Rəhimov paytaxtda keçirilən beynəlxalq tədbirlərin təşkilatçısı kimi, ciddi uğurlara imza atmış şəxs sayılır və belə bir kadrın kənarda qalacağı inandırıcı görünmür.

 

Nəhayət, Bakıya rəhbərliyə gətiriləcək şəxslər arasında daha bir məmurun adı çəkilir. Bu, hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı işləyən Əhəd Abıyevdir. 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində işləmiş Ə.Abıyev paytaxt təsərrüfatına yaxından bələddir.

Üç çağırış (15 il) Milli Məclisin deputatı olub. 2011-ci ilin fevral ayından bu günə kimi Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısıdı. Onun rəhbərliyi altında Daşkəsən kimi ucqar rayonun inkişafı istiqamətində ciddi addımlar atılıb, rayonun turizm potensialının reallaşdırılması üçün tədbirlər həyata keçirilib.

Onu da qeyd edək ki, adları çəkilən hər üç namizədi fətqləndirən əsas amil onların hakimiyyətdaxili qruplaşmalardan kənarda qalmaları, fəaliyyətlərinin birbaşa ölkə rəhbərliyi ilə əlaqələnməsidir.

///Müsavat.com

OXŞAR XƏBƏRLƏR

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.   Sfera...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...