Bakı polisi holland turisti heyrətləndirib

Bakı polisi holland turisti heyrətləndirib

İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən, ölkəyə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində pulqabısını itirməsi barədə məlumat verib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. V. Yakobs heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü anda yardım üçün polisə müraciət etməyi qərara alıb. Bu məqsədlə mobil telefonunda olan bələdçi proqramının köməkliyi ilə Bakı Şəhər Baş Polis İdarəsinə gəlib çıxdığını bildirib.

Xarici dilləri bilən polis əməkdaşları onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun "28 May” stansiyasından çıxarkən üzərində aşkar etməməsini müəyyən ediblər. Dərhal bu barədə Metropolitendə Polis Şöbəsinə məlumat verilib və onu aidiyyəti üzrə Polis Şöbəsinə gətiriblər. Əcnəbi qonaq Metropolitendə Polis Şöbəsində gözlənilməz sürprizlə qarşılaşıb. Məlum olub ki, bir qədər əvvəl metronun "Azadlıq” stansiyasında xidmətdə olan polis əməkdaşları platformada əcnəbi vətəndaşa məxsus pulqabının tapılması barədə şöbə rəhbərliyinə məlumat verərək sahibi tapılmadığından onu şöbəyə təhvil veriblər. Əcnəbi turist pulqabısının tapılaraq belə tezliklə ona qaytarılmasından heyrətləndiyini bildirib. Azərbaycan polisinin peşəkarlığına, operativliyinə görə onlara minnətdarlıq edib, bunun ən yaxşı nümunə olduğunu bildirib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...

Bakıda qadın buna görə mağazadan QOVULDU - VİDEO

Bakıda mağazalardan birində qəribə hadisə yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbələlərdə yayılıb.   Belə ki, ...

İrəvan Ermənistan və Azərbaycan XİN başçılarının Qazaxıstanda görüş imkanlarını NƏZƏRDƏN KEÇİRİR

İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzə...