AzTV-də daha bir TƏYİNAT
14:47 / 07.02.2019
4354
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi "Muğam Televiziya Müsabiqəsi-2019” layihəsinin icraçısı təyin olunub.
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, müsabiqənin Novruz bayramı ərəfəsində başlanması gözlənilir.
7-ci Muğam Televiziya Müsabiqəsinin münsifləri heyətinə Xalq artisti Əlibaba Məmmədov, Xalq artisti Arif Babayev, Xalq artisti Səkinə İsmayılova, Xalq artisti Mələkxanım Əyyubova, Xalq artisti Mənsum İbrahimov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.