“Azərxalça” müflis elan edilməsini istədi

“Azərxalça” müflis elan edilməsini istədi

 

 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ləğv prosesində olan "Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin müflis elan edilməsi və iflas prosesinə başlanılmasına dair ərizəsinin mümkünlüyünə baxılıb. 

Oxu.Az xəbər verir ki, ərizədə "Azərxalça” Elmi Yaradacılıq İstehsalat Birliyinin müflis elan edilməsi, cəmiyyətin iflas prosesinə başlanılması barədə qətnamə qəbul edilməsi xahiş edilib. 

Hakim Aytən Oruczadənin sədrliyi ilə keçirilən məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, ərizəçi (borclu) tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası  Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.

Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ləğv prosesində olan "Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin ümumilikdə 405.006,4  manat borcu mövcuddur. Həmin borcun 17.327,01 manat hissəsi vergiyə, digər 72.366,42 manat hissəsi isə sosial sığorta borcuna aiddir. 

Bu borclar ilə bağlı ərizəçi öz ərizəsində kreditor qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini göstərib.

Buna baxmayaraq, ərizəçi sözügedən 405.006,4 borcunun 296.389 manat hissəsini isə yalnız kredit borclarının olması ilə əsaslandırıb, lakin mövcud olan kreditorların siyahısını ərizəyə əlavə etməyib.

Belə olduğu halda, məhkəmə hesab edib ki, ləğv prosesində olan "Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ərizəni "Müflisləşmə və iflas” haqqında Qanunun tələblərinə, eyni zamanda Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etməyərək məhkəməyə təqdim etdiyindən, ərizə geri qaytarılmalıdır. 

Məhkəmə izah edib ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.


OXŞAR XƏBƏRLƏR

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...

Sabah 32 dərəcə isti OLACAQ

Bakıda və Abşeron yarımadasında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a...