“Azərbaycandan bəzi məmurlar ÜAK-ın işinə müdaxilə edirlər” — Komitə sədrindən SENSASSİON AÇIQLAMA

“Azərbaycandan bəzi məmurlar ÜAK-ın işinə müdaxilə edirlər” — Komitə sədrindən SENSASSİON AÇIQLAMA
"Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin bərpası Rusiyada keçiriləcək "FİFA 2018” Dünya Kubokuna görə ləngiyir”.
 

Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib. 

A.Rəhimzadə deyib ki, 14 iyun 2018-15 iyul 2018 tarixləri arasında Rusiyada keçiriləcək FİFA Dünya Kubokundan dərhal sonra Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti bərpa olunacaq:

"Sənədləri də hazırlanaraq Rusiya tərəfinə təqdim edilib”. 
Komitə sədri qeyd edib ki, Ümumrusiya Azərbaycan Konqresinin adı dəyişdirilməyəcək:

"Mənə elə gəlir ki, Ümumrusiya Azərbaycan Konqresi fəaliyyətini bərpa edəndə adı dəyişdirilməyəcək. Əslində, bu belə də olmalıdır. Vaxtilə Ulu Öndər Heydər Əliyevin hesabına Ümumrusiya Azərbaycan Konqresi yaradılıb. Ona görə də bu ad qalmalıdır”.
Deputat Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı iradlarını bildirib:

"Bəzi adamlar elə hesab edirlər ki, Ümumrusiya Azərbaycan Konqresi bizim hər hansı bir təşkilatımızdır. Ancaq Konqres Azərbaycanın deyil, Rusiyanın təşkilatıdır. Ancaq Azərbaycana meylli olan və bizim vətəndaşımız olmayan adamlar həmin təşkilatda yer alırlar. Yəni, Ümumrusiya Azərbaycan Konqresi Azərbaycandan çıxmış və ölkəmizə yaxşı münasibət bəsləyən insanların təşkilatıdır. İndi bizim demək istədiyimiz əsas məsələ də odur ki, Azərbaycandan olan bəzi məmurlar Ümumrusiya Azərbaycan Konqresinin işinə müdaxilə etməsin. Azərbaycandan bəzi məmurlar Ümumrusiya Azərbaycan Konqresinə açıq göstəriş verirlər ki, bunu belə et vəs. Bu cür müdaxilələr həm Azərbaycandan, həm də Moskvadan olur. Hesab edirəm ki, bu cür hərəkətlər düzgün deyil”. /  "Ölkə.Az”

OXŞAR XƏBƏRLƏR

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarə...

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. &...

Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər - Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olun...

Bolqarıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri mayın 8-də başa çatıb.   Sfera.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqla...