Azərbaycanda yeni Dövlət Xidməti yaradıldı

Azərbaycanda yeni Dövlət Xidməti yaradıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kiçikhəcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, habelə su hövzələrində xilasetmə işinin təşkili sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin və Dövlət Sularda Xilasetmə Xidmətinin bazasında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti (bundan sonra - Xidmət) yaradılsın.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsini nəzərə almaqla, Nazirliyin fəaliyyətinin optimallaşdırılması barədə təkliflərini və Xidmətin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 326; 2008, № 2, maddə 50, № 4, maddə 260, № 6, maddə 508; 2009, № 9, maddə 687, № 12, maddə 983; 2010, № 2, maddələr 83, 85; 2011, № 2, maddələr 85, 93; 2012, № 10, maddə 955; 2014, № 5, maddə 469, № 10, maddə 1181, № 12, maddə 1575) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturu"nun "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. doqquzuncu bənd ləğv edilsin;

3.2. onuncu bənd aşağıdakı redaksiyada verilsin:

"Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti".

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

6. Bu Fərmanın 4-cü və 5-ci hissələrinin icrası ilə bağlı qəbul ediləcək hüquqi aktlar Xidmətin Əsasnaməsi qüvvəyə mindiyi gündən tez qüvvəyə minməsin".


OXŞAR XƏBƏRLƏR

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır

Ölkənin birinci bankı Kapital Bank avtomobil sahibi olmaq istəyən müştərilərinə sərfəli fürsət təqdim edir.   Sfera.az xəbər verir ki, rəsmi gəliri o...

Zaxarovadan Makronun fikirlərinə SƏRT REAKSİYA: "Hədəfə çevriləcəklər"

Fransa Prezidenti Emmanuel Makronun fikirləri yenidən gündəm olub. O, fevral ayında verdiyi açıqlamada gələcəkdə Ukraynaya fransız əsgərlərinin göndərilməsini i...

F-16 qırıcısı QƏZAYA UĞRADI

Sinqapurda F-16 qırıcısı qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə Sinqapur Müdafiə Nazirliyi məlumat yayıb.   Məlumatda bildir...

Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın məlumat...

İlham Əliyev dini etiqad azadlığının və multimədəni harmoniyanın təminatçısı və himayəçisidir

Tolerantlığın tez-tez gündəmə gəlməsinin bir sıra səbəbləri mövcuddur. Bunlara dini qarşıdurmalar, dünyada geniş yayılan sosial gərginlikləri misal çəkə bilərik...

Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası KEÇİRİLİR

Türkiyənin paytaxtı Ankarada Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir.   Sfera.az x...