Azərbaycanda polis dəhşətli qətl törətdi – Qadının başını kəsib qaçdı - TƏFƏRRÜAT

Azərbaycanda polis dəhşətli qətl törətdi – Qadının başını kəsib qaçdı - TƏFƏRRÜAT
Bu gün Göygöl rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Gecə saat 04 radlərində rayonun Üçtəpə kəndində yaşayan 1984-cü il təvəllüdlü Cəlilli Günay Yusif qızını qətlə yetirən Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədovun Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinin polis serjantı olduğu və Beynəlxalq Bankın Gəncə filialında mühafizəçi işlədiyi məlum olub.

Bildirilir ki, gecə saatlarında iş yoldaşı, həmin bankda mütəxəssis kimi çalışan 35 yaşlı Günay Cəlillinin yaşadığı və Gəncə çayının sahilində yerləşən evə daxil olan Orxan bıçaqla onun boğazını kəsib. G. Cəlilli hadisə yerində vəfat edib. Həmin əraziyə əvvəlcədən bələd olduğu ehtimal edilən Orxan qaçaraq uzaqlaşıb.

Məlumata görə, Günay Cəlillinin həyat yoldaşı onlar evlənəndən bir müddət sonra vəfat edib. O, qızı ilə birgə bacısının evində yaşayırmış.

İlkin məlumata görə, O.Məmmədov iş yoldaşı və özündən 7 yaş böyük olan qadını qısqanclıq zəminində qətlə yetirib.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində iş aparlır.

Faktla Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb.
 
///Publika.az-

OXŞAR XƏBƏRLƏR

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...

Prezident: "Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq"

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə...

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...