Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək

Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun qəbul ediləcək
 Prezident İlham Əliyev investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən, investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

İqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatlar genişləndirilməli, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdirilməlidir. Aparılmış təhlillər onu göstərir ki, xarici investorlar tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar. Bu baxımdan investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması mühüm əhəmiyyət kəsb edir.

2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan vermiş olacaq.

Qeyd olunanları nəzərə alaraq, əlverişli investisiya mühitinin formalaşdırılması məqsədilə, ölkə konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərarı alınıb ki, Nazirlər Kabineti "İnvestisiya fəaliyyəti haqqında” və "Xarici investisiyanın qorunması haqqında” qanunlar əsasında, beynəlxalq təcrübəni nəzərə almaqla, yeni "İnvestisiya fəaliyyəti haqqında” qanunun layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etsin.

Layihəyə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, xüsusilə aşağıdakı məsələlər tənzimlənəcək:

- investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri;

- investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu;

- investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası;

- mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla);

- investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası.

Qanun layihəsi prezidentə təqdim olunarkən, ona əlavə olunacaq normativ hüquqi aktın zərurətinin əsaslandırılmasında və məcburi hüquqi ekspertiza rəyində "Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununun 48.3.4-cü maddəsinə və həmin Konstitusiya Qanununa əlavə edilmiş məcburi hüquqi ekspertiza rəyinin strukturuna uyğun olaraq ləğv edilməli, dəyişikliklər edilməli, habelə layihəsi hazırlanmalı olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı verilməlidir. 

OXŞAR XƏBƏRLƏR

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   B...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Ukrayna “Eurovision 2024”ün finalına yüksəldi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...

Bloqqer ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi - FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təf...

ABŞ və Rusiya alimləri işığın naməlum xüsusiyyətini kəşf ediblər

ABŞ-nin Kaliforniya Universiteti və Rusiyanın Kazan Dövlət Universitetindən ibarət beynəlxalq alimlər qrupu işığın maddə ilə qarşılıqlı təsirinin əvvəllər məlum...

Prokurorluq kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.   B...