Azərbaycanda bar və diskotekalarda gənclərə narkotik tərkibli "ekstazi"satılır

Azərbaycanda bar və diskotekalarda gənclərə narkotik tərkibli "ekstazi"satılır

Leyla Yolçiyeva: "Ekstazi narkotik tərkibli psixoaktiv stimulyatordur və adətən qanunsuz laboratoriyalarda hazırlanır"

Azərbaycanda gənclər arasında narkotik tərkibli maddə "ekstazi” istifadə olunur. Bu maddə ölkəyə qeyri-qanuni yolla gətirilərək diskotekalarda, barlarda satışı həyata keçirilir”.

Movqe.az-a bu  məlumatı Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva bildirib. L. Yolçiyeva deyib ki, ekstazi narkotik tərkibli psixoaktiv stimulyatordur və adətən qanunsuz laboratoriyalarda hazırlanır: "Əslində, "ekstazi" terminin mənası genişlənib və artıq təkcə bir maddəyə deyil, istifadəçilərə oxşar təsir göstərən bir qrup maddələrə aid olunur. Çox vaxt üzərində loqotip olan istənilən həb kimyəvi tərkibindən asılı olmadan "ekstazi" adlandırılır. Bu narkotik adətən həb şəklində yayılsa da, toz və ya kapsul şəklində də ola bilər. Həblər müxtəlif formalarda və ölçülərdə ola bilər”.

L. Yolçiyeva deyir ki, "ekstazi"nin müxtəlif qəbul edilmə yolları var: " "Ekstazi"adətən udulur, amma nəfəsə çəkilə və ya iynə vasitəsilə qəbul edilə də bilir. Ekstazi istifadəçilərdə şəfqət hissini gücləndirə və ətrafındakı insanlara yaxınlıq hissi yarada bilər. O, həm də istifadəçilərin daha ünsiyyətli və enerjili olmasına səbəb ola bilər. Ekstazidən istifadənin bir çox riskləri i var Ekstazidən qısa müddət istifadə bədənin susuzlaşma, başgicəllənmə və yorğunluq kimi təhlükə siqnallarına əhəmiyyət verməməsinə səbəb ola və bədənin hərarəti tənzimləmə qabiliyyətinə müdaxilə edə bilər. Bundan başqa, ekstazi qaraciyər və böyrək kimi orqanlara ciddi zərər vura bilər. Ekstazidən istifadə qıcolma və ürək çatışmazlığına gətirib çıxara bilər. Ekstazinin yüksək dozaları narahatlıq, həyəcan və kəskin hallüsinasiyalara da səbəb ola bilər. Uzun müddət istifadə beyinin bəzi hissələrini zədələyərək, ciddi depressiya və yaddaş itirilməsi ilə nəticələnə bilər. Digər risklər "Ekstazi" adı ilə satılan həblərdə gücü və təsiri müxtəlif olan digər potensial təhlükəli maddələr də ola bilər”.

Həmsöhbətimiz deyir ki, "ekstazi"dən mütəmadı istifadə asılılıq yarada həmin insanın daha güclü narkotik maddələrdən istifadəsinə gətirib çıxarda bilər. L. Yolçiyevanın sözlərinə görə, uzun müddət "ekstazi" qəbul edən şəxslər, ondan zövq ala bilmir, kokain kimi ağır tərkibli narkotiklərdən istifadəyə başlayırlar.  Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin səlahiyyətlisi bildirir ki, bəzən  "ekstazi"ni depresiyaya düşən insanlar da istifadə edir. Amma, bu müvəqqəti olaraq insanları depresiyadan xilas edir. Sonradan daha ağır formada depresiyaya salır.(atv.az)

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Dünyanın ən uzun müsahibəsi 55 saat davam edib və Ginnesin Rekordlar Kitabına düşüb.   Sfera.az xəbər verir ki, nigeriyalı qadın Klara Çizoba K...

Olaf Şolts: "Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir"

Qalıq yanacağın miqdarının azaldılması iqlim dəyişikliklərilə mübarizədə mühüm məsələdir.   Sfera.az xəbər verir ki, bunu Almaniya Federativ Respubli...

Azərbaycan lideri: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilm...

Prezident Almaniyaya Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü BİLDİRDİ

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi ...

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayı...

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

“Azərbaycan çox rahat şəkildə Ermənistanı qazla təmin edə bilər”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. ...