“Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub, biri də mənəm”

“Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub, biri də mənəm”
 

"Ənənəvi arzum odur ki, ildə bir dəfə Kəbə evini ziyarət edim. Hazırda Ümrə ziyarətindən qayıtmışam. Ona "kiçik Həcc” də deyirlər. Arxayınam ki, ildə bir dəfə ayağım Kəbə evinə dəyir”.

Bunu Modern.az-a açıqlamasında sabiq deputat Hacı Qalib Salahzadə deyib.

O bildirib ki, illərdir Kəbə evinə gedib-gəlir.

"1990-cı illərdən ziyarətə gedirəm. Elə vaxt olub ki, ildə 3 dəfə getmişəm. Allahın böyüklüyünə qurban olum. O məsləhət bilsə, gedəcəm. Həcc ziyarəti vərdiş kimidir. Müqəddəs torpaqlara ayağı dəyən insan hər il getmək istəyir. Elə hacı tanımıram ki, hər il Həcc ziyarətinə getmək arzusunda olmasın”.

 

Hacı Qalib Həcc ziyarətinin baha olması barədə deyilənlərlə razılaşmayıb:

"Allahın izni olmasa, kimsə Həcc ziyarətinə gedə bilməz. "Ay pulum, imkanım var, verib gedərəm” söhbətləri boş şeydir. Həcc ziyarətinə Allahın dəvəti olmalıdır. Allah mənə qismət edib iki dəfə Kəbə evinin içərisində olmuşam. Birində oğlumla, birində isə tək olmuşam. Azərbaycanda 4 nəfər var ki, övladı ilə Kəbə evinin içində olub. Heydər Əliyev İlham Əliyevlə, İlham Əliyev oğlu Heydər Əliyevlə, Şeyxülislam oğlu Məhəmmədlə, bir də mən öz oğlumla Kəbə evinin içərisində olmuşam. Bu şəxslərdən başqa heç kim övladı ilə Kəbə evində olmayıb. Onlar dövlət səviyyyəsində ziyarət ediblər, mən isə kralın dəvəti ilə orada olmuşam”.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Kansleri Olaf Şoltsla təkbətək görüşü başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Az...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...