İqtİsadİyyat

Avronun bahalaşmasına hansı amillər səbəb oldu? - Ekspert şərh edir

Avronun bahalaşmasına hansı amillər səbəb oldu? - Ekspert şərh edir
Son günlər avronun dollar qarşısında daha da möhkəmləndiyi müşahidə edilir. 

Maraqlıdır, hansı amillər avronun daha da möhkəmlənməsinə təsir edir və bu bahalaşma davam edəcəkmi?

İqtisadçı-ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, bu gün dolların əhatə dairəsi ilə avronun əhatə dairəsi müqayisə olunmazdır: 

"Avro daha məhdud dairədədir. Bu vəsaitin sahibləri müəyyən alətlərlə valyutanı idarə edirlər. Avronun daha da möhkəmlənməsinə təsir edən amillərdən danışdıqda Avropa Birliyinin ümumi qərarlarla atdığı müəyyən addımlarını təhlil etməliyik. Yalnız bundan sonra hansı amilin təsiri ilə avronun daha da möhkəmləndiyini demək olar. Valyutalar möhkəm olmadığından, birbaşa bazardan asılı olduğundan, tələb və təklif məsələlərinə görə kiçik tərəddüdlərin olması labüddür”. 

Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ