AtaBank müştərilərinə yeni kredit məhsulu təqdim edir

AtaBank müştərilərinə yeni kredit məhsulu təqdim edir
Artıq qızıl və zinət əşyalarını girov qoyaraq sərfəli şərtlərlə AtaBank-dan "Lombard” kreditini əldə edə bilmək imkanı yaranıb.
 
"Lombard” krediti verilərkən zamin və yaxud iş yerindən arayış tələb olunmur. Bu rəsmi iş yeri olmayan müştərilərin kredit əldə edə bilməsi üçün əla fürsətdir. AtaBank-ın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə müraciət edərək, qısa müddət ərzində qızıl və zinət əşyalarını girov qoyaraq nagd pula çevirmək mümkündür. Kredit ödənildikdən sonra girov tam şəkildə müştəriyə geri qaytarılacaq.

Lombard kreditinin şərtləri:

Maksimal məbləğ: 10 000 AZN
İllik faiz dərəcəsi:  22-26%
Kreditin müddəti:  36 ayadək

Xatırladaq ki, AtaBank-ın digər çox sərfəli Ekspress, Klassik və Avtomobil kredit məhsulları da mövcuddur. Ən əsası isə AtaBank-ın müştəriləri dünyanın istənilən yerində kredit kartlarından istifadə edə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
 
 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...