Ana azyaşlı qızını maşında qoyub, striptiz kluba getdi - FOTO

Ana azyaşlı qızını maşında qoyub, striptiz kluba getdi - FOTO

Azyaşlı qızını avtomobildə qoyaraq işə gedən qadın saxlanılıb.

Sfera.az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında yaşayan 23 yaşlı Manouchika Daniels adlı qadın 3 yaşlı qızına qarşı laqeydlik göstərdiyinə görə polis tərəfindən saxlanılıb.

Polislərin verdiyi məlumatda bildirilir ki, kimsə 911-ə zəng edərək azyaşlı qızın avtomobildə köməksiz vəziyyətdə qaldığını söyləyib. Qız polislərin köməkliyi ilə avtomobildən çıxarılıb və polis idarəsinə aparılıb.

Təxminən 30 dəqiqə sonra Manouchika Daniels polis idarəsinə yaxınlaşaraq özünü uşağın valideyni kimi təqdim edib və onu evə aparmaq istədiyini söyləyib. Lakin qadın uşağa qarşı laqeyd münasibətinə görə polis tərəfindən saxlanılıb.

 

O, ifadəsində bildirib ki, qızını avtomobildə qoyaraq striptiz klubdakı işinə gedib. Manouchika Daniels yüksək məbləğdə pul ödəmək şərtiylə azadlığa buraxılıb.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİLİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts aprelin 26-da Berlində mətbuat konfransı keçirirlər...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndinə GETDİLƏR

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.   Sfera.az AZƏRTAC-a is...

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...