AccessBank-ın rəhbərliyində yeni təyinatlar

AccessBank-ın rəhbərliyində yeni təyinatlar


AccessBank yeni struktur dəyişikliyini elan edib.


Elşən Pirmalıyev və Natia Beria baş direktor vəzifəsinə təyin olunublar. Elşən Pirmalıyev bu vaxtadək Biznes və Pərakəndə Müştərilər üzrə İcraçı Direktor vəzifəsini tutub. Natia Beria isə AccessBank komandasına Baş bankir kimi fəaliyyət göstərdiyi Inspiring Development GmbH şirkətindən qoşulub.


Qeyd edək ki, bunadək AccessBank-da baş direktor vəzifəsi olmayıb.


Bununla yanaşı, Vaqif Babayev Kiçik və Orta Biznes müştəriləri, Günay Cəlilova Korporativ Bankçılıq və Marketinq, Fəridə Pirverdiyeva Maliyyə və Beynəlxalq əlaqələr, Səbuhi Süleymanlı isə Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası üzrə icraçı direktor təyin olunublar. Bu təyinatadək Vaqif Babayev və Səbuhi Süleymanlı eyniadlı departamentlərin direktoru vəzifələrində çalışıblar.


Yeni vəzifədə Günay Cəlilova Korporativ bankçılıq və Marketinq departamentlərinə, həmçinin Müştərilərlə əlaqə mərkəzinə kurasiya edəcək. Fəridə Pirverdiyevanın nəzarətində isə beynəlxalq əlaqələr, maliyyə hesabatlılığı və xəzinədarlıq kimi istiqamətlər olacaq.


Beləliklə, risk idarəçiliyi və tədqiqatlar istiqamətini kurasiya edən Nizami Qədirov və maliyyə nəzarəti bloku üzrə məsul olan Elşən Hacıyevlə birlikdə bankdakı icraçı direktorların sayı altıya yüksəlib.

 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb....

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Bakıda bu il iqlimlə bağlı yeni hədəflərin 2025-ci ildən sonra maliyyələşdirilməsi məsələləri müzakirə ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə...