ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı, Tramp adminstrasiyası geri çəkildi: \"Erməni soyqırımını tanımırıq...\"

ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı, Tramp adminstrasiyası geri çəkildi: \
Tramp Administrasiyası bildirib ki, 1915-ci ildə ermənilərin kütləvi qətllərini soyqırım hesab etmir, bu da ABŞ Senatının səsvermə nəticəsində yekdilliklə qəbul etdiyi sənədə ziddir.
 
Ötən həftə keçirilən tarixi səsvermə ermənilərin kütləvi ölümünün soyqırım olduğunu həmişə inkar edən Türkiyənin narazılığına səbəb olub.
 
Cümə günü Türkiyə XİN ABŞ-da qəbul edilmiş qətnamələrlə bağlı etirazını bildirmək üçün ABŞ səfirini çağırıb, ABŞ-ı "tarixi siyasiləşdirməkdə" ittiham edib.
 
"Administrasiyanın mövqeyi dəyişməyib", deyə çərşənbə axşamı Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus bildirib. "Bizim baxışlarımız prezidentin ötən ilin aprelində bu məsələ ilə bağlı verdiyi yekun bəyanatda əksini tapıb", deyə o bildirib.
 
Ötən ilin aprelində qətllərin ildönümü zamanı verdiyi bəyanatda Tramp bildirib ki, ABŞ "20-ci sərin ən dəhşətli kütləvi cinayətlərindən birinin" qurbanlarının xatirəsini yad edir, amma o, soyqırım sözündən istifadə etməyib. Bunun yerinə o, erməniləri və türkləri "öz ağrılı tarixlərini etiraf etməyə və nəzərə almağa çağırıb".

OXŞAR XƏBƏRLƏR

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...