58 rayonda günərzi qayğı mərkəzi yaradılacaq

58 rayonda günərzi qayğı mərkəzi yaradılacaq
Prezident İlham Əliyevin "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı ilə daha daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mərkəzlər nazirliyin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil ediləcək. Həmin mərkəzlərdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək. 

Uşaqların bacarıqlarının artırılması üçün işlər aparılacaq, maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılacaq. Onların vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif mədəni tədbirlər, ekskursiyalar, əyləncə mərkəzlərinə gəzintilər təşkil olunacaq. 

Qeyd edək ki, hazırda nazirliyin sifarişləri əsasında 28 rayonda günərzi qayğı mərkəzi fəaliyyət göstərir. 1 iyun 2019-cu il tarixli Sərəncamın yaratdığı imkanlar nəticəsində artıq 58 rayonda belə mərkəzlər fəaliyyət göstərəcək. 

OXŞAR XƏBƏRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

Çoxlu qəhvə istehlak edən insanlarda bu içki asılılıq yara bilər.   Sfera.az xəbər verir ki, bu nəticəyə “Journal of Caffeine Research&...

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü baş...

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...