52 yaşlı rejissor özündən 22 yaş kiçik aktrisa ilə EVLƏNDİ

52 yaşlı rejissor özündən 22 yaş kiçik aktrisa ilə EVLƏNDİ
 

Rusiyanın Sankt-Peterburq şəhərində 52 yaşlı rejissor Fyodor Bondarçuk və 30 yaşlı aktrisa Paulina Andreyevanın toyu olub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Yusupov sarayında keçirilən mərasimdə 200 nəfərə yaxın insan iştirak edib. Onların arasında yenicə ailə həyatı quran Konstantin Boqomolov və Kseniya Sobçak, Filipp Yankovski, Konstantin Ernst, Svetlana Ustinova və digərləri olub.

F. Bondarçuk və P. Andreyeva jurnalistlərin gözləntilərinə əks olaraq, qırmızı xalıda görüntülənməyib və mərasim keçirilən məkana gizli girişdən daxil olub. Üstəlik, cütlüyün xahişi ilə mərasimdən heç bir görüntü sosial şəbəkədə paylaşılmayıb.

Fyodorla Paulinanın sentyabrın 1-də rəsmi nikaha girdiyi bildirilir. Qeydiyyat səs-küysüz və Bondarçukla Andreyevaya ən yaxın 20 nəfərin əhatəsində keçib.


OXŞAR XƏBƏRLƏR

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı BAŞA ÇATDI - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat ko...