5 gün gecikən baş nazirə xalqdan böyük reaksiya: “Burada nə işiniz var?”

5 gün gecikən baş nazirə xalqdan böyük reaksiya: “Burada nə işiniz var?”

Böyük Britaniyanın baş naziri Boris Conson vətəndaşların tənqidi ilə üzləşib.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, B. Conson sel altında qalan Cənubi Yorkşirin Staynford kəndinə səfər edib.

Baş nazirin əraziyə fəlakətdən 5 gün sonra baş çəkməsi sakinləri qəzəbləndirib.

Belə ki, evləri su altında qalmış vətəndaşlar "Gecikmisiniz”, "Burda nə işiniz var?”, "Harada idiniz?” kimi suallarla Consona müraciət ediblər. Zərər çəkmiş qadınlardan biri isə baş nazirlə görüşdən imtina edib.

Xatırladaq ki, həddindən artıq yağan yağış Don çayının daşmasına səbəb olub. Nəticədə Böyük Britaniyanın şimalında bəzi yaşayış məntəqələri su altında qalıb. Təbii fəlakət zamanı 1 nəfər ölüb, 500-dən çox evi su basıb, 1000-dən çox insan təxliyə edilib. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR