Azərbaycan gömrüyündə insident: Boğazını kəsdi

Azərbaycan gömrüyündə insident: Boğazını kəsdi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda narkotik vasitələrin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Sfera.az "Yeni Sabah”-a istinadla xəbər verir ki, Dövlət Gömrük Komitəsinin yaydığı xəbərə görə, Astara sərhəd nəzarət məntəqəsinə daxil olmuş məlumata əsasən Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları ilə keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Siyab Bəxtiyar oğlu Qəhrəmanov mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən, Astara gömrük postunda pasport qeydiyyat köşkünün yanında sərhəd naryadı tərəfindən saxlanılıb və onunla şifahi sorğu–sual aparılıb. 

Bu zaman vətəndaş sərhəd naryadına müqavimət göstərərək cibindən çıxartdığı küt alətlə sağ və sol qollarına, həmçinin boyun nahiyəsinə xəsarət yetirməyə başlayıb. S.B.Qəhrəmanov sərhəd naryadı tərəfindən zərərsizləşdirilib və yaralarının müayinəsi üçün Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinədən sonra həmin şəxs Astara gömrük postuna gətirilərək üzərində şəxsi yoxlama aparılıb, həmçinin ona məxsus əl yüklərinə gömrük yoxlaması tədbiq edilib. Şəxsi yoxlama zamanı Siyab Bəxtiyar oğlu Qəhrəmanovun üzərində, əyninə geyindiyi qara rəngli şalvarın zəncirbəndinin içəri hissəsində 1 ədəd bükümdə 16 qram metamfetamin, alt paltarının belliyində 1 ədəd bükümdə 2 qram, həmçinin ayağına geyindiyi qara rəngli ayaqqabının sağ və sol taylarının üst hissəsində 9 ədəd bükümdə 12 qram tiryək aşkar edilib.

Astara gömrük postunda digər bir fakt üzrə isə İran vətəndaşından 168 qram psixotrop maddə-metamfetamin aşkarlanıb.

Belə ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat idarəsinə daxil olan əməliyyat məlumatına əsasən İİR vətəndaşı Rasooli Vizneh Shahnaz Yousefali qızı mayın 8-də piyada yolla İrandan Azərbaycana gələrkən Astara gömrük postunda şifahi sorğu-sual edilərək üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən qanunla qadağan olunmuş hər hansı predmet aşkar olunmasa da daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb.

Astara Rayon Mərkəzi Xəstəxanasında xanım vətəndaşın tibbi müayinəsi zamanı onun daxili bədən boşluqlarından 4 ədəd bağlama aşkar edilib. Ümumilikdə 4 bağlamada qablaşdırmaları ilə birlikdə çəkisi 168 qram olan psixotrop maddə-metamfetamin olduğu müəyyən edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. ...

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin məşhur aktrisası Tuvana Türkay xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.   &l...

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Hindistanın Karnataka əyalətində seçicilərə pulsuz taksi, yemək və sağlamlıq fəaliyyəti göstəriləcək.   Sfera.az xəbər verir ki, Karnataka seçkilərd...

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Beynəlxalq birjalarda bir ton misin qiyməti yenidən 10 min dollar səviyyəsinə çatıb.  Sfera.az xəbər verir ki, misin bahalaşmasına səbəb “yaşıl ...

Ukraynada nazir İSTEFA VERDİ

Ukraynanın Kənd Təsərrüfatı naziri Mikola Solski korrupsiya ittihamları fonunda istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber&...

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Bu ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnoz ilə müqayisədə 40 faiz daha çox vəsait ayrılıb.    Bunu Sfera.a...